Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

4-5 yaşlı uşaq boyunda olan 19 yaşlı gəncin müavinətinin kəsilməsi məsələsinə RƏSMİ REAKSİYA (VİDEO)

26.02.2025 14:40 2 100
4-5 yaşlı uşaq boyunda olan 19 yaşlı gəncin müavinətinin kəsilməsi məsələsinə RƏSMİ REAKSİYA (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdaş rayon sakini Vüsalə Ədilovanın əlilliyi ilə bağlı müavinətinin kəsilməsi məsələsinə münasibət bildirib.

Qurumdan bildirilib ki, Ağdaş rayon sakini, 2006-cı il təvəllüdlü Vüsalə Tural qızı Ədilovaya təyin olunan əlillik müddəti 27.12.2024-cü il tarixdə başa çatsa da, onun əlillik müddətinin uzadılması üçün heç bir müraciəti olmayıb.

Qeyd olunub ki, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir.

"Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər (forma-88) e-sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin", - açıqlama deyilir.

Qurumdan əlavə edilib ki, bu barədə Vüsalə Ədilovanın ailəsinə də məlumat verilib.

* * * * *

19 yaşı olsa da, 4-5 yaşlı uşaq boyunda və çəkisindədir. Vüsalə Ədilovada anadangəlmə yod çatışmazlığı sindromu var.


Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, o, hazırda nənəsi və anası ilə birgə Yevlax rayonunun Çənlibel qəsəbəsində yaşayır.

Qızın təqaüdü 2 aydır ki, kəsilib. Nənəsi Gülşən Kərimova bildirir ki, qızı ailəsindən ayrıldıqdan sonra onunla birgə yaşayır. Onun yeganə övladı var ki, o da 19 ildir nə danışa, nə də yeriyə bilir. Ona təyin edilən 300 manat pensiya da 2 aydır ki, verilmir.

Ağdaş rayonunun Əmirarx kəndində yaşayan ailə evləri yandıqdan sonra Yevlax rayonun Çənlibel kəndinə köçməli olublar. 19 yaşlı Vüsalə Ədilovanın nənəsi hazırda çətin durumda yaşadıqlarını deyir və pensiyanın bərpa edilməsini istəyir.

Ətraflı süjetdə:скачать dle 11.3

Son xəbərlər