Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramovdan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

08.06.2026 18:09 414
Ceyhun Bayramovdan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
"Biz bu gün Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsinə şahid oluruq. Xüsusi ilə Qara dəniz hövzəsində bu, özünü çox açıq şəkildə göstərir və bunun faciəli təsirlərini biz demək olar ki, hər gün izləyirik".

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

"Üç gün bundan əvvəl iki gəmiyə edilən dron hücumu nəticəsində 4 nəfər Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər vətəndaş isə yaralanıb. Ancaq bu savaş davam etdikcə, təbii ki, belə hallardan heç kim sığortalanmayıb. Belə hərbi münaqişələrin dayandırılması çox önəmlidir", - deyə nazir vurğulayıb.

Azərbaycanın baş diplomatı xaricdə yaşayan ölkə vətəndaşlarına çağırış da edib:

"İndiki mərhələdə həm Azərbaycan vətəndaşlarına, həm də digər qardaş, dost ölkə vətəndaşlarına müraicət edirəm ki, hərbi münaqişə zonalarından uzaq dursunlar, təhlükəsizlik tədbirlərinə ciddi riayət etsinlər, özlərini risk altına atmasınlar".

Son xəbərlər