Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qohumlar arasında ev münaqişəsi böyüyərək qalmaqala çevrildi - Video

06.06.2026 23:01 426
Qohumlar arasında ev münaqişəsi böyüyərək qalmaqala çevrildi - Video
Baku TV-nin qaynar xəttinə müraciət edən Günel İsmayılova bildirir ki, o, 2022-ci ildə həyat yoldaşından ayrılıb.

Ayrıldıqdan sonra bir müddət həmin evdə yaşamağa davam etsə də, sonradan baş verən hadisələr onun evdən çıxarılması ilə nəticələnib. G.İsmayılovanın sözlərinə görə, yaşadığı evin heç bir rəsmi sənədi olmayıb və mülk keçmiş qayınatasının anasının adına qeydiyyatda olub.

Şikayətçi bildirir ki, onun mənzildə yaşamaq hüququnu məhdudlaşdırmaq üçün qəsdən vərəsəlik işi açılaraq ev keçmiş baldızının adına keçirilib: "Sabunçu Rayon Məhkəməsi mənim yaşama hüququmu tanımalı idi, amma bunun əksinə qərar verildi. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdim. Məhkəmə prosesi getdiyi müddətdə keçmiş həyat yoldaşım, oğlum və qayınanam məni evdən çıxarmayacaqlarına söz verdilər. Lakin bir gün işdə olarkən icra məmurlarından zəng gəldi və evdən çıxarılacağımı öyrəndim. Bakı Apellyasiya Məhkəməsi də Sabunçu Rayon Məhkəməsinin mənim evdən çıxarılmağıma dair qərarını qüvvədə saxladı".

Məsələ ilə bağlı iddialara cavab verən keçmiş baldız isə hadisələrin tam fərqli olduğunu bildirib. O, prosesin tamamilə qanun çərçivəsində həll olunduğunu vurğulayıb:

"Məhkəmə prosesi üç il davam etdi və hüquqi müstəvidə başa çatdı. Ali Məhkəmə onun yaşama hüququ tələbini rədd etdi, növbəti məhkəmə instansiyası isə mənzildən çıxarılma barədə qərar verdi". Bəs belə hallarda vətəndaş hansı hüquqlara malikdir və problemin həlli üçün hansı addımlar atılmalıdır? Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları məcburi xarakter daşıyır və həmin qərarla həll olunmuş məsələlər üzrə eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə yenidən mübahisə qaldırıla bilməz: "Hazırkı vəziyyətdə görünən ondan ibarətdir ki, mübahisə məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırılıb, həll edilib və müvafiq əmlakla bağlı hüquqi vəziyyət müəyyən olunub. Belə olan halda şəxsin eyni əmlaka dair analoji tələblərlə yenidən müraciət etməsi üçün hüquqi əsas mövcud deyil".
скачать dle 11.3
Mojo.az Banner