Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Azərbaycanda iqlimlə bağlı yeni qanun hazırlanır

05.06.2026 20:57 240
Azərbaycanda iqlimlə bağlı yeni qanun hazırlanır
Azərbaycanda iqlimlə bağlı yeni qanun hazırlayırıq.

APA xəbər verir ki, bunu Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir çərçivəsində keçirilən "Milli birgə fəaliyyətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda panel sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Fuad Hümbətov deyib.

O diqqətə çatdırıb ki, hazırda "Paris" sazişinin 6-cı maddəsi ilə bağlı məsələlər, eləcə də "Paris" sazişinin digər istiqamətləri üzərində iş gedir: "Həmçinin, emissiya əmsalları üzrə standartların hazırlanması məqsədilə regional ölkələrlə – Qazaxıstan və Türkmənistanla əməkdaşlıq etməyi planlaşdırırıq. Hazırda Azərbaycanda, eləcə də Qazaxıstanda inventarlaşdırma üçün standart emissiya əmsallarından istifadə olunur. Son görüşümüz zamanı Qazaxıstan və Türkmənistandakı tərəfdaşlarımızla bu məsələni müzakirə etdik və akademik qurumları, universitetləri və digər maraqlı tərəfləri bir araya gətirərək emissiya əmsallarımızın təkmilləşdirilməsi üçün birgə layihələrin həyata keçirilməsini təklif etdik.

Məsələn, neft-qaz sektorunda qaz-neft nisbəti adlı göstərici mövcuddur. Neft hasilatı zamanı müəyyən miqdarda qaz da ayrılır. Buna görə də Azərbaycanın neft-qaz sənayesində qaz-neft nisbətinin dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu səbəbdən biz yalnız beynəlxalq tərəfdaşlarla deyil, ölkə daxilində də akademik dairələr və universitetlərlə sıx əməkdaşlıq etməliyik. Bütün bu məsələlər yeni hazırlanmaqda olan İqlim haqqında Qanunda öz əksini tapacaq. Bu, çərçivə xarakterli yeni qanundur və müxtəlif sektorları əhatə edən geniş məsələləri özündə birləşdirəcək".скачать dle 11.3
Mojo.az Banner