Mojo.az Banner
17:20 Xudayar şəhid olduğu yerə son nəfəsində NƏ YAZIBMIŞ?  |     17:17 Xəzər dənizinin səviyyəsi 20 illik azalmadan sonra sabitləşib  |     17:08 Bu yolda sürət həddi endirildi  |     17:07 Paşinyan Baş nazir postuna namizəd seçilib  |     17:06 Erməni nazir: "Azərbaycan tərəfi qiymətlə bağlı sorğu göndərib"  |     17:05 İran İsraillə əlaqəsi olan GƏMİNİ VURDU  |     16:43 Sumqayıtda qardaşını bıçaqladığı deyilən şəxslə bağlı İLGİNC İDDİA: "Ağlı başında deyildi" (Video)  |     16:36 Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ  |     16:34 Rusiya qaz qiymətlərini artırsa, Ermənistan iki qurumu tərk edəcək: İrəvandan bəyanat  |     14:44 Türkiyədə parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan ikinci yerə çıxıb  |     14:40 Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq  |     14:30 Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi  |     14:28 Üçüncü mərtəbədən yıxılan yeniyetmə 3 gün sonra öldü  |     14:24 Bakıda 317 minlik DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni TUTULDU  |     14:19 Sumqayıtda evləri su basdı  |     14:11 Ötən gün axtarışda olan 64 nəfər saxlanılıb  |     14:10 Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb  |     13:58 Sumqayıtda qardaşı tərəfindən bıçaqlandığı iddia olunan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     13:56 Biləsuvarda iki həftədə 26 NƏFƏRİ İT DİŞLƏYİB  |     13:56 Əhaliyə XƏBƏRDARLIQ: SEL, daşqın və güclü külək gəlir  |    
Left Banner
Right Banner

Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi

21.11.2024 19:01 696
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı ilə baş tutan "Qlobal liderlərin dialoqu: Təbiət üçün müsbət gələcəyə nail olmaq məqsədilə iqlim fəaliyyəti və biomüxtəlifliyin qorunması və Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılması” mövzusunda panel müzakirələrində iştirak edib.

Qaynarinfo-nun məlumatına görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva qonaqları salamlayaraq iqlim dəyişmələri və biomüxtəlifliyin itirilməsinin planetimizə vurduğu zərərin miqyaslarını vurğulayaraq beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edib. Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda bir sıra heyvan növləri, o cümlədən Xəzər pələngi və Asiya şirinin keçmişdə yaşadığı, lakin nəslinin tükənməsi barədə tədbir iştirakçılarına məlumat verildi.

Leyla Əliyeva qeyd etdi ki, 2011-ci ildən etibarən IDEA İB tərəfindən ölkəmizin unikal təbiəti və ekoloji balansın qorunması məqsədilə bir sıra layihə və tədbirlər icra olunub. "Qafqazın Böyük Beşliyi”, zubrlar, ceyranlar və Xəzər nərələrinin mühafizəsi, eləcə də minlərlə könüllülər ilə birgə həyata keçirilmiş çoxsaylı fəaliyyətlər barədə müzakirə iştirakçılarına məlumat verilib. Çıxışının yekununda Leyla Əliyeva daha dayanıqlı və sağlam gələcəyin təmin olunması məqsədilə iştirakçıları yeni tərəfdaşlıqlar və birgə səylər göstərməyə çağırıb.

Daha sonra COP29-un Prezidenti Muxtar Babayev, BTMİ-nin Prezidenti Razan Al Mubarak, təşkilatın baş direktoru Grethel Aguilar, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməliyyatların koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami, Bioloji Müxtəliflik haqqında Konvensiyanın icraçı katibi Astrid Schomaker, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş direktoru İnger Andersen çıxış edərək müzakirə mövzuları ilə bağlı fikir və təkliflərinin iştirakçıları ilə bölüşüblər. Tədbirin davamında hökumət və özəl sektor liderləri, müxtəlif ölkələrin ətraf mühit və ekologiya nazirlərinin iştirakı ilə panel müzakirələri baş tutub.
скачать dle 11.3
Mojo.az Banner