Mojo.az Banner
14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək

22.05.2026 21:02 351
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
Bu il yenidən Azərbaycanda Bakı İqlim həftəsi keçiriləcək.

Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərsalmada İqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi" sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq və regional səviyyədə ətraf mühit üzrə əməkdaşlığa ciddi töhfələr verib:

"Ölkəmiz ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir. Hazırda Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub. Bunların sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliyyət göstərən bir sıra beynəlxalq konvensiyalar yer alır".

Nazir həmçinin xatırladıb ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edib:

"COP29-un nəticəsi olaraq bütün ölkələr İtki və Zərər Fondunun fəaliyyətə başlaması barədə razılığa gəldilər, Adaptasiya üzrə Yol Xəritəsi qəbul edildi, Bakı Maliyyə Hədəfi müəyyən edildi. Cari ilin 7-11 sentyabrında Konvensiyanın mandatı altında Bakı İqlim həftəsi keçiriləcək".

Qeyd edək ki, ilk dəfə Bakı İqlim həftəsi 2024-cü, ikinci analoji tədbir isə 2025-ci ildə keçirilib.скачать dle 11.3
Mojo.az Banner