Mojo.az Banner
16:26 Doqquzillik baza üzrə kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı  |     16:12 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ - FOTO  |     16:09 Yevgeni Kukseviç Azərbaycanda iki vəzifəsini itirdi  |     16:07 "Qarabağ" növbəti ayrılığı açıqladı - FOTO  |     16:06 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ  |     15:47 Xaçmazda yük qatarının vurduğu şəxs öldü  |     15:22 "Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi  |     15:18 Nikolas Maduronun həbsdən ilk görüntüsü yayıldı: Xeyli arıqlayıb - FOTO  |     15:17 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb  |     15:10 Palma yağının gizli təhlükəsi: 3-MCPD nədir? - Ağa Salamov AÇIQLADI  |     15:03 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb  |     14:45 60 yaşlı kişi Bakıda hoteldə öldü  |     14:44 Əli Əsədov Oljas Bektenovu təbrik edib  |     13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |     13:21 Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz  |     13:16 “Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim  |     12:52 Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır  |     12:39 Piyada keçidində üstünlük kimindir? – Sürücülərə ciddi xəbərdarlıq  |     12:30 Universiteti 3 ilə bitirmək mümkün olacaq?  |     12:10 Palma yağına tələbatı artırdı – Səbəb bu imiş  |    
Left Banner
Right Banner

Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü - MƏHKƏMƏ

05.06.2026 12:22 330
Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü - MƏHKƏMƏ
Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən M.Səfərəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Səfərəliyevə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İttihama görə, hadisə 2026-cı il fevralın 18-də saat 17:30-da Bakının Nizami rayonu ərazisində baş verib.

Belə ki, M.Səfərəliyev idarə etdiyi "Ford Transit" avtomobili ilə Cəmşid Naxçıvanski küçəsində hərəkətdə olarkən digər sürücü O.Əliyevin idarə etdiyi "Toyota Prius" avtomobilinin ona yol vermədiyini iddia edərək mübahisə yaradıb.

İstintaq materiallarına əsasən, tərəflər arasında yaranmış narazılıq fonunda təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan maşından düşərək yaşayış binasının qarşısında O.Əliyevə yaxınlaşıb. O, ictimai yerdə ətrafdakı şəxslərin gözü qarşısında cəmiyyət tərəfindən qəbul olunmuş davranış qaydalarına etinasız münasibət göstərərək qarşı tərəfə qarşı zor tətbiq edib. M.Səfərəliyev qəsdən yumruqla onun sifət nahiyəsinə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə alt çənənin sağ yarısının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirilib.

Cinayət işinin materiallarında qeyd edilib ki, hadisə ictimai yerdə - yaşayış binasının qarşısında baş verdiyindən ətrafda olan sakinlərin narahatlığına səbəb olub. Təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirilməsi, habelə əxlaq və birgəyaşayış normalarına saymaz münasibət göstərilməsi kimi qiymətləndirilib.

İttihama əsasən, M.Səfərəliyev şəxsi narazılığı və yol hərəkəti zamanı yaranmış mübahisəni zor tətbiq etməklə həll etməyə çalışıb, nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurub və ətrafdakı şəxslərin normal həyat tərzini pozan hərəkətlərə yol verib.скачать dle 11.3
Mojo.az Banner