Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda casusluqda ittiham olunan şəxsə hökm oxundu

02.06.2026 22:13 459
Naxçıvanda casusluqda ittiham olunan şəxsə hökm oxundu
Dövlətə xəyanət və qanunsuz odlu silah saxlama ittihamı ilə Siyafət Fərzəliyev barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Fərzəliyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Fərzəliyev xarici xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən maddi maraq müqabilində casusluğa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və dövlət təhlükəsizliyinə zərər vurub. Bundan əlavə, o, qanunsuz olaraq odlu silahın komplekt hissələrini əldə edib, daşıyıb və saxlayıb.

O, DTX-nin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz odlu silah və komplekt hissələrini əldə etmə, saxlama və daşıma) və 274-cü (dövlətə xəyanət) maddələri üzrə ittiham verilib.

Son xəbərlər