Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" |
Mojo.az Avto
Mojo.az Avto

“Diplomlu işsizlər” təhlükəsi: Azərbaycanda təhsil sistemi niyə dəyişməlidir? – Ekspertdən AÇIQLAMA

01.06.2026 16:17 480
“Diplomlu işsizlər” təhlükəsi: Azərbaycanda təhsil sistemi niyə dəyişməlidir? – Ekspertdən AÇIQLAMA
Qlobal əmək bazarında rəqabətin artması və texnologiyaların sürətli inkişafı ixtisaslara olan tələbləri də ciddi şəkildə dəyişir. Bu səbəbdən ali təhsil müəssisələrinin hazırladığı kadrların praktik hazırlıq səviyyəsi xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə işəgötürənlər yalnız nəzəri bilik deyil, həm də real bacarıqlar tələb edirlər.

Azərbaycanda ali təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunluğu son illər geniş müzakirə olunur. Ekspertlər bildirirlər ki, praktiki bacarıq çatışmazlığı məzunlar arasında işsizlik riskini artırır. Bəs təhsil proqramları əmək bazarına uyğunlaşdırılmasa, bu problem gələcəkdə hansı nəticələrə səbəb ola bilər və çıxış yolu kimi hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, ali təhsil proqramlarının əmək bazarının tələbləri ilə uyğunsuzluğu dövlətimizin iqtisadi və sosial dayanıqlığı üçün ciddi bir çağırışdır.
Onun sözlərinə görə, bu uyğunsuzluq aradan qaldırılmadıqda, gələcəkdə struktur işsizliyi, məzunlar arasında peşəkar məyusluq və "diplomlu işsizlər" ordusunun formalaşması kimi xoşagəlməz mənzərələrin şahidi ola bilərik:

“Eyni zamanda, iqtisadiyyatın müasir tələblərə cavab verən kadrlardan məhrum qalması innovasiyaların ləngiməsinə, istedadlı gənclərin isə daha yaxşı imkanlar üçün ölkəni tərk etməsinə, yəni "beyin axını"nın sürətlənməsinə yol açır. Bu problemin həlli üçün təhsil sistemi ilə əmək bazarı arasında sıx və davamlı bir əməkdaşlıq körpüsü qurulmalıdır. İlk növbədə, tədris planları biznes dünyasının, sənaye liderlərinin və işəgötürənlərin real ehtiyacları əsasında müntəzəm olaraq yenilənməli, klassik və statik yanaşmalar çevik, modulyar sistemlərlə əvəzlənməlidir. Təhsil prosesində nəzəriyyə ilə yanaşı, istehsalat təcrübəsinə və ali təhsil sisteminə üstünlük verilməsi tələbələrin hələ tələbəlik illərində real iş mühitinə adaptasiya olunmasını təmin edər”.

Ş.Qoca qeyd edib ki, bundan başqa, müasir əmək bazarının tələbi olan analitik düşünmə, komandada işləmə, problem həlletmə və digər yumşaq bacarıqların tədrisin bütün pillələrinə inteqrasiyası vacibdir:

“Universitetlərdə fəaliyyət göstərən karyera mərkəzləri yalnız iş elanları yayan bir qurum deyil, tələbəyə mentorluq edən, onları şəbəkələşməyə təşviq edən və gələcək peşəkar yollarını müəyyənləşdirməyə kömək edən aktiv bir mərkəz kimi fəaliyyət göstərməlidir. Nəhayət, dövlət qurumları və ali məktəblər arasında qurulacaq strateji əməkdaşlıq vasitəsilə növbəti illərdə hansı ixtisaslara ehtiyacın artacağı öncədən proqnozlaşdırılmalı və qəbul planları bu proqnozlar əsasında çevik şəkildə tənzimlənməlidir. Beləliklə, təhsil sadəcə diplom verən bir sistemdən çıxıb, cəmiyyətin və iqtisadiyyatın tələbatına cavab verən, çevik və praktikaya əsaslanan bir mexanizmə çevrilə bilər”.

Son xəbərlər