Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hökməlidə göl daşdı, evləri su basdı - Video

29.05.2026 12:07 471
Hökməlidə göl daşdı, evləri su basdı - Video
Abşeronun Hökməli qəsəbəsində göl daşıb, yüzlərlə evi çirkab və qrunt suları basıb.

Median.Az
Xezerxeber-ə istinadən xəbər verir ki, küçələr və həyətlər su ilə dolduğundan piyadaların hərəkəti çətinləşib.

Bildirilib ki, daha əvvəl Abşeron Rayon İcra Hakimiyyəti gölün ətrafında xüsusi texnikalar vasitəsilə müvəqqəti bənd vurub. Lakin son günlərdə müşahidə olunan intensiv yağış və dolu həmin bəndin dağılmasına səbəb olub.

Sakinlərə vəziyyətin qismən aradan qaldırılması üçün icra hakimiyyətinin nasoslar təqdim etdiyi, eyni zamanda yanacaqla təminatın həyata keçirildiyi bildirilir.

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Bu səbəbdən də yağışlı havalarda tez-tez subasma halları baş verir. Qurumdan eyni zamanda bildirilib ki, gələcəkdə həmin ərazidə Baş plan əsasında layihənin icrası nəzərdə tutulub.

Daha ətraflı videomaterialda:

Son xəbərlər