Mojo.az Banner
23:02 Ağıllı telefonlar dövründə qol saatı taxan insanlar bunu səbəbsiz etmir (ARAŞDIRMA)  |     22:56 Dünyanın ən xoşbəxt ölkəsi xoşbəxtliyin formulunu axtarır  |     22:51 Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Video  |     22:43 Kulinariyanın yeni trendi "təbii maya" - Necə hazırlanır?  |     22:38 14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir  |     22:30 Bu ölkədə prezidentliyə 35 namizəd var  |     22:25 Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir (Video)  |     22:18 Nigeriyada terror: 10 əsgər öldü  |     22:05 Rusiya-Ukrayna müharibəsi bitir? - Son danışıqlardan yeni siqnallar  |     21:59 ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - Video  |     21:51 İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı  |     21:46 Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"  |     21:38 ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verib  |     21:33 Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Talıbova verilirdi"  |     21:25 Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO  |     21:19 Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü  |     21:12 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     21:05 Burak Denizin evindən narkotik vasitə çıxdı  |     21:00 Balın təbiiliyi necə müəyyən olunur? - Video  |     20:52 Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? - Yenidən yoxlanacaq  |    
Left Banner
Right Banner

Şağan sakinlərindən ŞİKAYƏT: “Uşaqlar məktəbə gedə bilmirlər” - VİDEO

09.01.2024 12:41 1 416
Şağan sakinlərindən ŞİKAYƏT: “Uşaqlar məktəbə gedə bilmirlər” - VİDEO
“Xəzər rayonunun Şağan qəsəbəsində avtobusların da keçdiyi yol kanalizasiya xəttinin düzgün işləməməsi nəticəsində pis vəziyyətdədir. Bu ərazidə bizim torpaq sahəmiz var, həmin sahəni isə vaxtaşırı su basır və çox əziyyət çəkirik”.

Bu problemlə üzləşən sakinlərdən biri Kamran Alışzadə “Qafqazinfo”ya bildirib ki, təxminən 100 metri əhatə edən ərazidə son 4 ildir vaxtaşırı subasma halları müşahidə edilir.

Heybətqulu Məmmədbəyli küçəsində yaşanan problem sakinlərin, xüsusilə də məktəblilərin gəlib-gedərkən çətinliklə üzləşməsinə səbəb olur.

Şikayətçinin sözlərinə görə, rəsmi qurumlara müraciət edilsə də, problemin aradan qalxması üçün dövlətin ayrıca pul ayırması lazım olduğu bildirilib.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, həmin ərazidə yığılan yağış sularının kənarlaşdırılması üçün mütəmadi olaraq zəruri tədbirlərin görülməsi təmin olunsa da, bu, yetərli olmur:

“Yığılan su Mərdəkan-Buzovna avtomobil yolunun kənarında yerləşən diametri 500 mm olan yağış suyu şəbəkəsinə axıdılır. Lakin suyun səviyyəsinin qalxması səbəbindən mövcud boru qrunt sularının kənarlaşdırılmasına kifayət etmir”.

Açıqlamada deyilir ki, problem perspektiv layihəyə əsasən həll oluna bilər: “Problemin əsaslı həlli layihəyə uyğun olaraq magistral kanalizasiya kollektorunun və toplayıcı şəbəkənin inşası ilə mümkündür”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə gələcəkdə həmin ərazidə layihələrin icrasının planlaşdırıldığını qeyd edib:

“Şağan qəsəbəsi ərazisində kanalizasiya şəbəkəsinin inşası işlərinin icrası Cəmiyyətin tədbirlər planına uyğun olaraq mərhələlərlə həyata keçiriləcək”.скачать dle 11.3
Mojo.az Banner