Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Buzovna sakinləri günlərdir niyə susuz qalıb? – Rəsmi AÇIQLAMA

17.07.2025 22:51 702
Buzovna sakinləri günlərdir niyə susuz qalıb? – Rəsmi AÇIQLAMA
Buzovna qəsəbəsi, Zuğulba ərazisində sakinlər günlərdir ki, susuzluqdan əziyyət çəkirlər.

Median.Az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlərdən redaksiyamıza şikayətlər daxil olub. Sakinlərin sözlərinə görə Rasim İmanov küçəsindəki mənzillərə ayın 14-dən su gəlmir. Ondan öncəki günlərdə isə su ya təzyiqsiz verilib, ya da heç verilməyib. Sakinlər dəfələrlə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qaynar xəttinə müraciət etsələr də, problem həll olmayıb. Sakin Günel Mirzəyeva deyib ki, dünən qaynar xətdən onlara deyilib ki, bu gün günün birinci yarısına qədər su veriləcək. Amma su hələ də verilmir. Bəs yayda əsas istirahət zonalarından biri sayılan Buzovnanın susuz qalmasının səbəbi nədir

Vətəndaşların müraciətləri niyə nəticəsiz qalır?

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan verilən açıqlamada bildirilib ki, problem təzyiqlə bağlıdır. “Qeyd olunan ünvanda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur. Məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq”,-deyə məlumatda bildirilib.
Məsələni diqqətdə saxlayacağıq.

Son xəbərlər