Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Əmircanlılar susuz qaldı - Qanunsuz tikililərə görə

30.08.2019 13:08 1 614
Əmircanlılar susuz qaldı - Qanunsuz tikililərə görə
Suraxanı rayonu, Əmircan qəsəbəsinə dörd gündür su verilmir.

Bu barədə oxu.az-a sakinlər şikayət ünvanlayıb.

Onların sözlərinə görə, qəsəbənin keçid 1847-1848 ünvanında yerləşən beşmərtəbəli binalarda yaşayan sakinlər susuz qalıb.

Sakinlərin iddiasına görə, "Azərsu" ASC-nin əməkdaşları onlara bildirib ki, suyun kəsilməsinə səbəb Əmircandakı qanunsuz tikililərə su verilməsidir.

"Azərsu" ASC-dən saytımıza bildirilib ki, ərazidə su ilə bağlı yaranan problem həll olunub.

Son xəbərlər