Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Xırdalan sakinləri suya həsrət qalıblar: Problem nə vaxt həll olunacaq? - Video

30.07.2025 12:38 1 575
Xırdalan sakinləri suya həsrət qalıblar: Problem nə vaxt həll olunacaq? - Video
İsti yay günlərində paytaxtın bəzi ərazilərində suyun verilməməsi və uzun fasilələrlə təmin olunması sakinləri çıxılmaz vəziyyətə salıb.

Bu problemdən əziyyət çəkənlərin bir qismi Xırdalan sakinləridir. Onlar bildirirlər ki, artıq bir aya yaxındır ki, su üzünə həsrət qalıblar. Şikayətçilər qeyd edirlər ki, müraciətlərinə baxmayaraq, hələ də problemin həlli ilə bağlı ciddi addım atılmayıb.

"Susuzluqdan çox əziyyət çəkirik. Evdə körpə uşağım var, bu vəziyyətdə yaşamaq mümkün deyil", - deyə sakinlərdən biri şikayətini bölüşüb.

Məsələ ilə bağlı yaşayış kompleksinin komendantı açıqlama verib. O bildirib ki, narazılıqlar əsasən suyun yalnız səhər və axşam saatlarında, o da fasilələrlə verilməsi ilə bağlıdır. Komendant əlavə edib ki, mövcud su çəni sakinlərin sayının çoxluğuna görə tələbatı tam qarşılamır. Buna görə də yaxın zamanda ərazidə əlavə su çəninin tikintisi nəzərdə tutulur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, Bakı və Abşeron yarımadasında havaların həddindən artıq isti keçməsi suya olan tələbatı xeyli artırıb. Bu səbəbdən mərkəzi su anbarlarında ehtiyatlar azalıb. Bəzi ərazilərdə məhz bu səbəbdən suyun fasilələrlə verilməsi qərara alınıb. Qurumdan bildirilib ki, yaxın günlərdə problemin aradan qaldırılması gözlənilir.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər