Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Qəhrəmanın adına olan kücədə 20 gündür içməli su yoxdur? - AÇIQLAMA

07.07.2021 17:28 1 476
Milli Qəhrəmanın adına olan kücədə 20 gündür içməli su yoxdur? - AÇIQLAMA
Sumqayıt sakinləri su probleminə görə narazılıqlarını bildirirlər.

Bu barədə Oxu.Az-a daxil olan şikayətdə məlumat verilir. Vətəndaşlar bildirir ki, söhbət Sumqayıtda “Yaşıldərə” adlanan yaşayış massivindən gedir:

“Biz “Yaşıldərə” yaşayış massivində Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçənin 4-cü məhəlləsində, Xıdırlı məktəbi yolunda yaşayırıq. Burada yaşayan sakinlər artıq 20 günə yaxındır ki, susuzluqdan əziyyət çəkir. Yay günləri içməli su üzünə belə həsrət qalan sakinlər məcbur olub hər gün suyu qonşu məhəllələrdən vedrələrlə, qablarla daşıyırlar. Neçə vaxtdır ki, su borusu çəkilən məhəllə sakinləri demək olar hər yay bu əziyyətlə qarşılaşırlar. Suya tələbat artır, məhəlləni su ilə təmin edən borudakı suyun təzyiqi çox aşağı düşür. Bəlkə də başqa səbəblər də var, amma fakt odur ki, su gəlmir”.

Sakinlər iddia edir ki, problemlə bağlı dəfələrlə Sumqayıt Sukanal İdarəsinə, Sumqayıt Şəhər Bələdiyyəsinə, yerli icra orqanlarına müraciət etsələr də onların problemi həllini tapmır:

“Bizim müraciətlərimiz cavabsız qalır, ya da qeyri-müəyyən müddətə uzadılır. Yalnız vədlər verilir. Yay günü aylarla susuz qalmaq dəhşətdir”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Yaşıldərədə yaşayan vətəndaşların şikayətləri ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib:

“Məsələ ilə bağlı ərazi üzrə sukanal idarəsinə müvafiq tapşırıqlar verilib. Məsələ araşdırılıb. Həmin ərazidə yüksəklikdə yerləşən bəzi yaşayış evlərinin içməli su təchizatında problem müşahidə olunub. Bununla bağlı zəruri tədbirlər həyata keçirilir”.скачать dle 11.3

Son xəbərlər