Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zelenskidən Trampa təcili məktub: Hava hücumundan müdafiə kritik həddədir

27.05.2026 18:44 381
Zelenskidən Trampa təcili məktub: Hava hücumundan müdafiə kritik həddədir
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampa hava hücumundan müdafiə vasitələrinin kritik çatışmazlığı ilə bağlı məktub göndərib.

Median.Az
-ın "The Kyiv Independent"a istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə açıqlamasında bunu təsdiqləyib.

Onun sözlərinə görə, məktub iki ünvana - Donald Trampa və ABŞ Konqresinə göndərilib.

Zelenskinin müraciəti Rusiyanın Ukraynaya qarşı kütləvi hücumları artırması və Kremlin Kiyevə yeni zərbələrlə bağlı açıq təhdidləri fonunda ortaya çıxıb.

"Məsələ raketlərdən müdafiə olan zaman biz dostlarımıza güvənirik. Ballistik raketlərdən qorunma məsələsində isə demək olar ki, tamamilə ABŞ-yə arxalanırıq", - məktubda qeyd olunub.

Ukrayna lideri vurğulayıb ki, PURL proqramı çərçivəsində mövcud tədarük tempi artıq ölkənin üzləşdiyi təhlükənin səviyyəsinə uyğun gəlmir. O, Ukraynanın hava məkanının Rusiya raketlərindən qorunması üçün yardım istəyib.

"Mən Ukrayna xalqı adından ABŞ prezidentindən və Konqresindən bu prosesdə iştirakını davam etdirməyi xahiş edirəm. Rusiyanın ballistik raketlərini və digər raket hücumlarını dayandırmaq üçün "Patriot PAC-3" raketləri və əlavə sistemlər daxil olmaqla həyati vacib müdafiə vasitələrinin təmin olunmasına kömək edin", - deyə Zelenski yazıb.
//oxu.az

Son xəbərlər