Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman | 13:56 Bu gün metro və avtobuslarda gedişhaqqı 1 qəpik olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək

22.04.2024 19:02 1 173
Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək
Latviya Ukrayna ilə bağlı "hava hücumundan müdafiə koalisiyasında” iştirak edəcək.

Bunu Latviyanın müdafiə naziri Andris Spruds Aİ ölkələrinin Xarici İşlər və Müdafiə Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Latviya Kiyev üçün silah almaqdan ötrü yaradılan "pilotsuz uçuş aparatları koalisiyasının” və "mərmilər koalisiyasının” fəal iştirakçısıdır:

"Patriot” sistemləri olan və olmayan ölkələr var. Əgər söhbət hava hücumundan müdafiə sistemlərindən gedirsə, o zaman Latviya da hava hücumundan müdafiə vasitələri ilə öz töhfəsini verəcək. Bizdə qısamənzilli hava hücumundan müdafiə sistemləri var”.

O, həmçinin deyib ki, 2023-cü ildə 4 mindən çox ukraynalı hərbçi Latviyada təlim keçib, analoji təlimlər 2024-cü ildə də davam edir.

///Report

Son xəbərlər