Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan İrandan 500 milyon dollarlıq hava hücumundan müdafiə sistemləri aldı - FOTO

27.05.2026 13:03 561
Ermənistan İrandan 500 milyon dollarlıq hava hücumundan müdafiə sistemləri aldı - FOTO
Ermənistan İrandan yeni "AD-08 Majid" hava hücumundan müdafiə sistemləri alıb. Bununla da İrandan sözügedən müdafiə sistemini alan ilk ölkə Ermənistan olub.

Bu barədə "Clash Report" nəşri məlumat yayıb.

Bildirilir ki, yeni silahlar mayın 25-də İrəvanda hərbi paradın məşqi zamanı müşahidə edilib.

Qeyd olunur ki, yeni silahlar 2024-cü ilin iyulunda İran və Ermənistan arasında imzalanmış "gizli silah sövdələşməsi" çərçivəsində alınıb.

Yayılan məlumatlara görə, sözügedən müdafiə sistemlərinin məbləği təxminən 500 milyon dollardır.




Son xəbərlər