Mojo.az Banner
12:48 Mağazalarda eyni məhsulun fərqli qiymətə satılmasının səbəbləri açıqlanıb  |     12:43 Ağstafada 25 yaşlı gənc bıçaqlanıb  |     12:41 Küçə kəsimi niyə hələ də davam edir? – Ekspertdən ciddi xəbərdarlıq  |     12:36 İş yerində baş verən hadisəyə görə işəgötürən həbs oluna bilər – Açıqlama  |     12:26 “Əgər quru sərhədlər açıq olsaydı...” – İran rialı ilə bağlı diqqətçəkən AÇIQLAMA  |     12:13 Bu universitetlər birləşdirilə bilər  |     12:09 Marketlərdə şəkər tozu qıtlığı: “Azərsun”dan AÇIQLAMA  |     12:04 Azərbaycanda həkim çatışmazlığı: Regionlarda vəziyyət niyə daha ağırdır?  |     11:52 25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO  |     11:30 İkiqat Azərbaycan çempionu VƏFAT ETDİ - FOTO  |     11:25 Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü  |     11:19 Ağa Salamov "ağ yudu, qara sərdi" — "50-60 manata pendir olar?"  |     11:14 Bəzi yerlərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA  |     23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |    
Left Banner
Right Banner

WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB

27.05.2026 12:54 564
WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB
Mayın 17-22-də Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını bir daha nümayiş etdirdi. Forum çərçivəsində müxtəlif ölkələrdən minlərlə insan Bakıya səfər etdi ki, bu da paytaxtın turizm, hotelçilik, ictimai iaşə və nəqliyyat sektorlarında canlanma yaratdı. Turizm sahəsi üzrə ekspertlər hesab edirlər ki, tədbir qısamüddətli iqtisadi effekt yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq tədbirlər və işgüzar turizm istiqamətində mövqeyini bir qədər də gücləndirdi.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, WUF13 Bakının turizm və qonaqpərvərlik sektorları üçün yüksəkintensivlikli beynəlxalq tələb yaradıb: "Forumun 176 ölkədən onminlərlə iştirakçı cəlb etməsi ilk növbədə hotelçilik sektorunda hiss olunub. Operativ bazar müşahidələrinə əsasən, tədbir günlərində Bakıda 5 ulduzlu hotellərin doluluğu 96-100%-ə çatıb. Şəhərin mərkəzində yerləşən daha aşağı seqment hotellərdə isə doluluq təxminən 85-90% ətrafında olub".

Onun sözlərinə görə, WUF13 dövründə 5 ulduzlu hotellərdə bir gecə qalmağın qiyməti 480-620 manat arasında dəyişib: "Vergilər çıxıldıqda bu, təxminən 405-525 manat deməkdir. Bu göstəricilər forum günlərində premium hotel seqmentində həm doluluğun, həm də otaq gəlirliliyinin maksimum həddə yaxınlaşdığını göstərir".

Ekspert vurğulayıb ki, forumun təsiri yalnız hotellərlə məhdudlaşmayıb: "Restoranlar, kafe və keyterinq operatorları forum iştirakçıları, nümayəndə heyətləri və müşayiətedici tədbirlər hesabına əlavə müştəri axını qazandı. Nəqliyyat sektorunda da ciddi aktivlik müşahidə olundu. Forum günlərində xüsusi marşrutlar və şəhərdaxili daşımalar vasitəsilə təxminən 179 min sərnişin daşındı. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə WUF13 dövründə 194 mindən çox sərnişinə xidmət göstərib".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə deyir ki, WUF13 ümumilikdə uğurlu təşkil olunub və ölkənin turizm destinasiyası kimi tanınmasına müsbət təsir göstərib.

Onun sözlərinə görə, qonaq sayı ilkin gözləntilərlə müqayisədə daha az olsa da, tədbir hotel sektorunda müəyyən aktivlik yaradıb: "Xüsusilə paytaxt ərazisində yerləşən hotellərdə müəyyən doluluq müşahidə olunurdu. Amma demək olmazdı ki, hotellər pik doluluq həddinə çatmışdı. Çünki iştirakçı sayı gözləniləndən aşağı idi".

C.Aşurov əlavə edib ki, forum günlərində daha çox şəhər mərkəzində yerləşən iri və yüksək tutumlu hotellərdə qonaqların yerləşdirilməsi müşahidə olunub.

Ekspertlərin fikrincə, WUF13 kimi beynəlxalq tədbirlər Azərbaycanın qlobal tədbirlər xəritəsində mövqeyinin möhkəmlənməsinə, həmçinin ölkənin turizm və xidmət sektorunun beynəlxalq bazarda daha geniş tanıdılmasına xidmət edir.скачать dle 11.3
Mojo.az Banner