Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

""TikTok"da boşanmanı, xəyanəti reytinq aləti kimi istifadə edirlər" - Komitə sədri

26.05.2026 21:43 333
"Hazırda dünyada ənənəvi ailə modelləri böhran yaşayır. Postmodern dəyərlər sistemi, avropalaşmanın aqressiv təbliği və mədəni hegemonluq ailə institutunu ciddi sınaqlar qarşısında qoyur. 2025-ci ildə hər 100 min diri doğulana ana ölümü 26 nəfər qeydə alınıb. Xüsusilə narahatedici odur ki, şəhər yerlərində müvafiq göstərici 2024-cü ildəki 12,2-dən 2025-ci ildə 22,1-ə yüksəlib. Kənd yerlərində azalma müşahidə edilsə də, rəqəmlər hələ yüksək olaraq qalır".

Bunu parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, 2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib: "Hər 1000 diri doğulana uşaq ölümü əmsalı 13,7-dir. Əhalinin demoqrafik artımına ehtiyac duyduğumuz dövrdə "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" yeni qanun layihəsi təklifini parlament də dəstəkləyəcək. Qız uşağının təhsildən yayınması sonradan erkən nikaha, iqtisadi asılılığa, məişət zorakılığına qarşı müdafiəsizliyə və sosial təcridə yol açır. Formalaşan reallığı dəyişmək üçün ilk həlqə - məktəbdir. İnformasiya mühiti ilə bağlı sənəddə göstərilir ki, sosial şəbəkələr, "TikTok" və "YouTube" kanalları ailə münaqişələrini sensasiyaya çevirir, boşanmanı, zorakılığı, xəyanəti reytinq aləti kimi istifadə edirlər.

Ailə institutunu ideallaşdırmadan, lakin nüfuzdan da salmadan - sağlam münasibətlər, məsuliyyətli valideynlik və qarşılıqlı hörmət nümunələri ictimai məkanda birinci yerdə dayanmalıdır. Ölkəmizdə uğurlu ailə obrazları 100 minlərlədir. Övladlarını təhsilli və vətənpərvər böyüdən, yaşlılara qayğı göstərən, çətinliklərə baxmayaraq, ailə birliyini qoruyan, şəhid və qazi ailələrinin dəyərlərini yaşadan, Qarabağa və Şərqi Zəngəzuru qazanan, indi qayıdaraq yeni həyat quran ailələrin nümayişi ailə institutunu xarici hücumlardan qorumaq deməkdir".
//unikal.azскачать dle 11.3
Mojo.az Banner