Mojo.az Banner
Left Banner
Right Banner

Ucarda yol qəzasında sürücü ölüb - FOTO

23.05.2026 20:07 108
Ucarda yol qəzasında sürücü ölüb - FOTO
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Median.Az xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi “Mercedes Sprinter” markalı maşın toqquşub. Nəticədə “VAZ 2107”nin sürücüsü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3
Mojo.az Banner