Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək |
Mojo.az Avto
Mojo.az Avto

Wi-Fi problemi yaşayanların nəzərinə

23.05.2026 17:11 384
Wi-Fi problemi yaşayanların nəzərinə
Evdə internetin keyfiyyəti çox vaxt provayderdən yox, avadanlığın yerləşdirilməsindən asılı olur.

Provayder tərəfindən normal sürət təqdim edilsə belə, routerin ətrafında olan bəzi əşyalar səbəbindən Wi-Fi qeyri-sabit işləyə bilər.

Wi-Fi işinə nə mane olur?

2,4 GHz diapazonunda işləyən texnika siqnala maneə yarada bilər. Bu cür cihazlara mikrodalğalı sobalar, bəzi müşahidə kameraları və uşaq monitorları daxildir. Mümkünsə, onları başqa tezliklərə keçirmək və ya routerdən uzaqda yerləşdirmək məsləhətdir.

Divarlar da vacib rol oynayır. Qalın beton və ya kərpic arakəsmələr siqnalın yayılmasını ciddi şəkildə zəiflədir. Çoxotaqlı mənzillərdə siqnalı genişləndirmək üçün adətən repeaterlər və ya mesh sistemlərdən istifadə olunur.
Metal səthlər ayrıca problemdir. Onlar radio dalğalarını ötürmür, əks etdirir. Buna görə routeri güzgülərin və ya metal örtüklü enerjiyə qənaət edən pəncərələrin yaxınlığında yerləşdirmək düzgün deyil.

Wi-Fi üçün gözlənilməz "düşmən” isə sudur. Böyük akvariumlar, su çənləri və ya boylerlər siqnalları udaraq "ölü zonalar” yarada bilər.

Şəbəkənin işinə qonşu Wi-Fi şəbəkələri də təsir edir. Bir neçə router eyni kanalda işlədikdə tezliklər yüklənir və sürət azalır. Bu halda daha az yüklənmiş kanala avtomatik keçid və ya 5 və ya 6 GHz diapazonundan istifadə kömək edə
bilər.

Digər bir amil Bluetooth cihazlarıdır. Çox sayda kolonka, qulaqcıq və ya simsiz siçan eyni diapazonda əlavə "səs-küy” yaradır. Mümkünsə, bu cihazların bir hissəsini söndürmək və ya kabel vasitəsilə istifadə etmək tövsiyə olunur.

Televizoru da unutmaq olmaz. Onun metal hissələri və simsiz modulları siqnalı qismən udur, xüsusilə router televizorun yanında və ya arxasında yerləşdikdə. Ən yaxşısı routeri televizordan bir neçə metr uzaqda yerləşdirməkdir.
//ent.az

Son xəbərlər