Mojo.az Banner
23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |    
Left Banner
Right Banner

Bu dərmanlar xərçəng xəstələrinin müalicəsinə kömək edə bilər (TƏDQİQAT)

22.05.2026 15:35 336
Bu dərmanlar xərçəng xəstələrinin müalicəsinə kömək edə bilər (TƏDQİQAT)
GLP-1 sinfinə aid preparatların xərçəng xəstələrinin müalicə nəticələrinə müsbət təsir göstərə biləcəyi bildirilir.

Bu barədə "The Independent” yazıb.

Qeyd olunur ki, "Ozempic” və "Wegovy” kimi GLP-1 preparatları əsasən arıqlama effekti ilə tanınsa da, ilkin olaraq 2-ci tip diabetin müalicəsi üçün hazırlanıb. Yeni məlumatlara görə, bu dərmanlar piylənmə ilə əlaqəli bəzi xərçəng növlərinin yayılmasını ləngidə bilər.

Amerika Klinik Onkologiya Cəmiyyəti bildirir ki, tədqiqatçılar "TriNetX Global Health Research Network” bazasından istifadə edərək GLP-1 preparatları qəbul edən onkoloji xəstələri 2-ci tip diabet üçün istifadə edilən digər dərman qrupu – DPP-4 inhibitorları ilə müqayisə ediblər.

"Bizim tədqiqat göstərdi ki, GLP-1 preparatlarının istifadəsi DPP-4 inhibitorları və digər antidiyabetik vasitələrlə müqayisədə dörd növ bərk şişdə xərçəngin irəliləməsinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqəlidir”, deyə "Cleveland Clinic” nəzdindəki Taussig Xərçəng İnstitutunun tədqiqatının aparıcı müəllifi Mark Devid Orland bildirib.

Tədqiqatçılar 1–3-cü mərhələdə olan, yeddi fərqli xərçəng növünə sahib 12 mindən çox xəstənin məlumatlarını analiz ediblər. Bunlara süd vəzi, prostat, ağciyər, kolorektal xərçəng, qaraciyər, böyrək və mədəaltı vəzi xərçəngi daxildir.

GLP-1 preparatları qəbul edən xəstələrdə tədqiq edilən yeddi xərçəng növündən altısında metastatik yayılma göstəricilərinin daha aşağı olduğu qeydə alınıb.

Böyrək xərçəngi olan xəstələrdə isə GLP-1 preparatlarının xəstəliyin yayılma riskini azaltdığı müəyyən edilməyib, bu barədə "NBC News” tədqiqat nəticələrinə istinadən məlumat yayıb.

Alimlər ağciyər, süd vəzi, kolorektal və qaraciyər xərçəngində xəstəliyin yayılmasının statistik olaraq əhəmiyyətli dərəcədə azaldığını qeydə alıblar.

Ən yüksək müsbət effekt ağciyər və süd vəzi xərçəngi xəstələrində müşahidə olunub.

"NBC News”un məlumatına görə, GLP-1 preparatları qəbul edən ağciyər xərçəngi xəstələrində xəstəliyin 4-cü mərhələyə keçmə riski 50%, süd vəzi xərçəngində isə 43% daha aşağı olub.

Tədqiqat GLP-1 preparatlarının populyarlığının sürətlə artdığı dövrdə dərc edilib.

Sorğulara əsasən, ABŞ-da hər 8 yetkin şəxsdən biri GLP-1 preparatlarını arıqlama, diabet və ya digər xroniki xəstəliklərin müalicəsi üçün istifadə etdiyini bildirib. "KFF” təşkilatının ötən ilin noyabrında yayımladığı sorğu bunu göstərib.

Hər 5 yetkin şəxsdən təxminən 1-i isə həyatında ən azı bir dəfə bu sinfə aid dərmanlardan istifadə etdiyini qeyd edib.

Bununla belə, yeni tədqiqat müşahidə xarakterlidir və nəticələr GLP-1 preparatlarının xərçəngin yayılmasını birbaşa ləngitdiyini sübut etmir.

Mark Devid Orlandın sözlərinə görə, araşdırma bu istiqamətdə əlavə tədqiqatların aparılmasının məqsədəuyğun olduğunu göstərən ilkin sübutlar təqdim edir.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner