Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Atlant"la bağlı qalmaqal davam edir - Zərərçəkmişlər istəyinə nail ola biləcəkmi?

22.05.2026 15:01 759
171 nəfərə qarşı dələduzluqda ittiham olunan Nofəl Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi iyunun ayının 9-da keçiriləcək.

Qaynarinfo-ya daxil olan məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmişlər dəymiş ziyanın ödənilməsi üçün "Atlant” İstirahət Mərkəzinin satılmasını növbəti dəfə gündəmə gətiriblər.

Zərəçəkmişlər bundan əvvəlki prosesdə eyni tələblə çıxış ediblər. Həmçinin "Atlant" İstirahət Mərkəzinin sahibi, iş adamı Tahir Qədəşovun həbsini tələb ediblər.

Nofəl Hacıyev Tahir Qədəşovun kürəkənidir. Zərərçəkmişlər iddia edir ki, onlardan alınan pullar "Atlant” İstirahət Mərkəzinə xərclənib. Onların fikrincə, cinayət işində əsas fiqurant məhz Tahir Qədəşovdur.

Yada salaq ki, Nofəl Hacıyev 171 nəfərdən 14 milyon manatdan artıq pul alıb. O, zərərçəkmişlərə "Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzil satacağını vəd edib. Lakin vədinə əməl etməyib.

Son xəbərlər