Mojo.az Banner
13:00 "İdrak"da güllələnən müəllimə şagirdi bağışladı  |     12:53 Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı - Video  |     12:41 Rusiyada sosial şəbəkələrdə 666 rəqəmini yazanlar cəzalandırıla bilərlər  |     12:37 Məkkəyə velosipedlə gedən səyyah: "Pulum qalmasa, Türkiyədə işləyib yoluma davam edəcəyəm" - Video  |     12:28 Sakit okeanda güclü zəlzələ baş verib  |     12:25 Rusiyada "Telegram"ın alternativini yükləyən "iPhone" sahibləri ciddi problemlərlə üzləşirlər  |     12:23 Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? - Video  |     11:58 Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video  |     11:52 Azərbaycan çempionatında yeni azarkeş rekordu: Son onilliyin ən yüksək göstəricisi qeydə alındı  |     11:46 Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb  |     11:43 Bakıda ağır qəza: Ölən var  |     11:32 Azərbaycanda məşhur sığorta şirkəti LƏĞV EDİLİR  |     11:19 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     23:02 Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı  |     22:56 Güclü yağışların səbəbi müharibədirmi?  |     22:47 Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə  |     22:43 Formula-1 komandalarının dəyəri nə qədərdir? - Təxmini qiymətlər  |     22:36 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb  |     22:23 Öldü, amma filmdə oynayır: Süni intellektlə geri dönən Val Kilmer  |     22:18 Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?  |    
Left Banner
Right Banner

14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR

18.04.2026 13:36 273
14 milyonluq SİRR AÇILIR -
"Atlant" istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adının çəkildiyi səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan əsas təqsirləndirilən şəxs - Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 vətəndaşa qarşı 14 milyon manatdan artıq dələduzluqda ittiham olunur. Lakin məhkəmədə səslənən ifadələr bu işin təkcə bir nəfərin üzərinə yüklənə bilməyəcəyini açıq şəkildə ortaya qoyur.

Son iclasda ifadə verən zərərçəkənlər və şahidlər israrla bildiriblər ki, onlardan "Təbriz" MTK vasitəsilə alınan vəsaitlər heç də iddia olunduğu kimi tikinti layihələrinə deyil, məhz "Atlant" Ailəvi İstirahət Mərkəzinin genişləndirilməsi və abadlaşdırılmasına yönəldilib.

Onların sözlərinə görə, mənzil almaq ümidi ilə ödədikləri vəsaitlər sonradan müxtəlif bəhanələrlə ələ keçirilib, nəticədə isə ortada nə mənzil olub, nə də pul. Əvəzində isə həmin pulların "Atlant" layihəsində istifadə edildiyi barədə məlumatlar getdikcə daha çox təsdiqini tapır.

Zərərçəkənlər məhkəmədə açıq şəkildə bildiriblər ki, bu prosesdə yalnız Nofəl Hacıyev deyil, onun şəriki və qayınatası Tahir Qədəşovun da birbaşa rolu olub. Onların sözlərinə görə, "Atlant" layihəsinin arxasında duran əsas qərarverici şəxs məhz Tahir Qədəşov olub və vəsaitlərin yönləndirilməsi onun göstərişi ilə həyata keçirilib.

"171 nəfərin pulu ilə tikilən obyekt…"

Məhkəmə zalında səslənən ən ağır ittihamlardan biri də məhz bu olub: zərərçəkənlər bildiriblər ki, "Atlant" İstirahət Mərkəzi faktiki olaraq 171 vətəndaşın pulu hesabına tikilib və genişləndirilib.

Onlar qeyd ediblər ki, istintaq zamanı artıq bu vəsaitlərin "Atlant"a yönəldildiyi təsdiqlənib. Bu səbəbdən də zərərçəkənlər yalnız Nofəl Hacıyevin deyil, Tahir Qədəşovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.

Zərərçəkənlər məhkəməyə müraciət edərək Tahir Qədəşovun prosesə cəlb olunmasını, ifadə vermək üçün məhkəməyə gətirilməsini və barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb ediblər. Onlar hesab edirlər ki, şəriklərdən birinin həbsdə, digərinin isə azadlıqda qalması hüquqi ədalət prinsipinə ziddir.

Bununla yanaşı, zərərçəkənlər "Atlant" Ailəvi İstirahət Mərkəzinin üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılmasını və obyektin hərraca çıxarılaraq əldə olunan vəsait hesabına dəymiş ziyanın ödənilməsini istəyiblər. Nofəl Hacıyev isə məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan topladığı 14 milyon manatdan artıq vəsaiti "Atlant" İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yönəltdiyini bir daha təsdiqləyib. O bu addımı qayınatası Tahir Qədəşovla birgə layihə çərçivəsində atdığını bildirib.

Bu isə istintaqın əvvəlki mərhələsində cavabsız qalan əsas suallardan birinə - "itən milyonlar haradadır?" sualına qismən də olsa cavab verir. Lakin ortaya yeni və daha ciddi sual çıxır: əgər vəsaitlərin istiqaməti məlumdursa, niyə bu işdə adı keçən bütün şəxslər eyni hüquqi status daşımırlar?

Qalmaqallı iş üzrə növbəti məhkəmə prosesi aprelin 21-nə təyin olunub.скачать dle 11.3
Mojo.az Banner