Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Azərbaycandakı yeganə əqrəb ferması: Bir litri 10 milyon dollardır? (VİDEO)

22.05.2026 13:19 339
Azərbaycandakı yeganə əqrəb ferması: Bir litri 10 milyon dollardır? (VİDEO)
Baku TV Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ölkədəki yeganə əqrəb ferması ilə bağlı reportaj hazırlayıb.

Burada əqrəblər xüsusi üsullarla yetişdirilir, zəhərləri isə laboratoriya şəraitində toplanaraq satışa çıxarılır.

Fermanın işçilərindən Bayram Babayev bildirib ki, hər 15-17 gündən bir sağma aparılır və zəhər əldə edilir.

"Onların qidası un qurdudur, onu da biz özümüz yetişdiririk. Temperatur 26 dərəcə olmalıdır, yay-qış fərq etmir. Əqrəblər qaranlıqda qalmağı sevir və onlar Naxçıvan ərazisindən toplanıb", - deyə o bildirib.

Qeyd edək ki, əqrəblər əsasən zəhər məqsədilə yetişdirilir və bu maddə tibb və kosmetologiyada son dərəcə qiymətli xammal hesab olunur. Əqrəb zəhəri güclü ağrıkəsici, antibiotik və xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Məlumatlara görə, bir litr əqrəb zəhərinin bazar qiyməti təxminən 10 milyon dollardır.скачать dle 11.3
Mojo.az Banner