Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu pullar etibarsız sayılır - Mərkəzi bankdan xəbərdarlıq

21.05.2026 21:35 564
Bu pullar etibarsız sayılır - Mərkəzi bankdan xəbərdarlıq
Azərbaycan Mərkəzi Bankı hansı pulların yararsız hesab olunduğuna aydınlıq gətirib.

Median.Az
xəbər verri ki, Yeni Sabah-ın sorğusuna cavab olaraq qurumdan Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na əsasən, üzərində kəsik, çatışmayan hissə, gözə çarpan yazı və ya ləkə olan, ciddi çirklənmiş, rəngi solmuş, yapışqan lentlə və ya digər vasitələrlə birləşdirilmiş əskinaslar tədavülə yararsız hesab olunduğu bildirilib.

Qeyd olunub ki, "Mərkəzi Bank haqqında” qanunun 40-cı maddəsinə əsasən, səthinin ən azı 60 faizi qalan və seriya nömrələrindən biri və ya hər ikisi tam saxlanılan kağız pul nişanlarının nominal dəyəri ödənilir.

Məlumata görə, metal pul nişanları üzrə isə üzərindəki yazı və təsvirlər nominalı müəyyən etməyə imkan verirsə və deformasiya olmayıbsa, onların da dəyəri qaytarılır:

"Qanunda nəzərdə tutulan şərtlərə uyğun gəlməyən pul nişanları isə ödəmə qabiliyyətini itirmiş hesab edilir və onların nominal dəyəri ödənilmir”.
Mərkəzi Bankdan həmçinin qeyd edilib ki, qanunvericiliyə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməlidir:

"Lakin üzərində yararsızlıq əlamətləri olan əskinaslar tədavülə yararsız sayıldığı üçün ödənişlərdə qəbul edilməyə bilər.Vətəndaşlar yararsız hala düşmüş milli pul nişanlarını dəyişdirmək üçün "ABB” ASC və "Kapital Bank” ASC-nin filiallarına, Mərkəzi Bankın ərazi idarələrinə, eləcə də digər kommersiya banklarına müraciət edə bilərlər”.

Qeyd edək ki, Mərkəzi Bankın ərazi idarələri və operator banklarda pul nişanlarının dəyişdirilməsi ödənişsiz həyata keçirilir. Digər kommersiya bankları isə bu xidməti öz daxili qaydalarına uyğun olaraq ödənişli və ya ödənişsiz təqdim edə bilər.

Son xəbərlər