Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qonoreya və sifilis: Avropada yoluxma hallarında rekord artım qeydə alınıb

21.05.2026 20:29 450
Qonoreya və sifilis: Avropada yoluxma hallarında rekord artım qeydə alınıb
Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) 2024-cü ildə qitədə 106 mindən çox qonoreya halının qeydə alındığını açıqlayıb. Bu, əvvəlki illə müqayisədə 4,3% çoxdur və 2014-cü illə müqayisədə göstərici 300%-dən artıq artıb.

Qaynarinfo "Politico”ya istinadən xəbər verir ki, bu, 2009-cu ildən aparılan müşahidələr tarixində ən yüksək səviyyədir.

Digər cinsi yolla ötürülən infeksiyalar üzrə də vəziyyət yaxşı deyil. 2024-cü ildə təxminən 46 min sifilis halı qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 8% çoxdur və 2015-ci ilin göstəricilərini iki dəfədən artıq üstələyir.

"Bu infeksiyalar müalicə olunmazsa, xroniki ağrılar, sonsuzluq, sifilis halında isə ürək və sinir sistemi problemləri kimi ciddi fəsadlara səbəb ola bilər", deyə ECDC-nin cinsi yolla ötürülən və vaksinlə qarşısı alınan infeksiyalar üzrə eksperti Bruno Çançio bildirib.

Avropa son on ildə vəziyyəti nəzarət altına almağa çalışsa da, yoluxma sayı artmaqda davam edir. Mütəxəssislər bunu qismən test və monitorinq sistemlərinin yaxşılaşması ilə əlaqələndirsələr də, əsas səbəblərdən biri kimi xüsusilə gənclər arasında prezervativ istifadəsinə laqeyd yanaşılması göstərilir.

Statistikaya əsasən, qonoreya və sifilis hallarının yarıdan çoxu kişilərlə cinsi əlaqədə olan kişilər arasında qeydə alınıb. Sifilis hallarının artması ilə yanaşı, anadangəlmə sifilis halları da çoxalıb. Bu infeksiya hamilə anadan uşağa ötürülür.

Müalicə olunmayan infeksiyalar düşüklərə, ölü doğuşlara, vaxtından əvvəl doğuşlara və yeni doğulmuş körpələrin ölümünə səbəb ola bilər.

ECDC-nin HİV, CCYİ və virus hepatitləri üzrə elmi əməkdaşı Otiliya Mord bildirib ki, bu, "2024-cü ilin məlumatlarında ən narahatedici nəticələrdən biridir”.

Anadangəlmə sifilis hallarının sayı 2023-cü ildəki 78-dən 2024-cü ildə 140-a yüksəlib. Bu, ECDC müşahidələrinin başladığı vaxtdan bəri Avropada qeydə alınan ən yüksək göstəricidir.

Bununla yanaşı, regionda ən geniş yayılmış cinsi yolla ötürülən infeksiya olan xlamidioz üzrə azalma müşahidə olunub. 2024-cü ildə 213 mindən çox yoluxma halı təsdiqlənib. Halbuki əvvəlki il bu göstərici təxminən 231 min idi.

ECDC xəbərdarlıq edir ki, infeksiyaların daha da yayılmasının qarşısını almaq üçün "təcili və məqsədyönlü tədbirlər” lazımdır.

"Müəyyənedici addımlar atılmasa, mövcud tendensiyalar davam edəcək və bu, daha ciddi sağlamlıq problemlərinə, həmçinin tibbi yardıma çıxışda bərabərsizliyin dərinləşməsinə səbəb olacaq”, deyə mərkəz vurğulayıb.

Son xəbərlər