Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

Leyla Əliyeva: IDEA daha sağlam və yaşıl gələcəyin yaradılması üzərində işləyir

20.05.2026 18:48 321
Leyla Əliyeva: IDEA daha sağlam və yaşıl gələcəyin yaradılması üzərində işləyir
IDEA İctimai Birliyi milyonlarla ağacın əkilməsi, uşaqlar üçün təhsil proqramları, mastr-klassların keçirilməsi, su və havanın çirklənməsi problemləri barədə məlumatlılığın artırılması, sənədli filmlərin və sərgilərin yaradılması da daxil olmaqla bir çox təşəbbüslər həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yeni şəhər gündəliyinə həyat vermək: dayanıqlı şəhərlər üçün havanın keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" adlı tədbirin iştirakçılarına müraciətində bildirilib.

Onun sözlərinə görə, təşkilat şəhərləri insanlar və təbiət üçün daha komfort hala gətirməklə şəhər mühitinin yaxşılaşdırılması üzərində işləyir:

"IDEA həyətləri bütün nəsillərdən olan insanlar üçün daha yaşıl və əlçatan ictimai məkanlara çevirir, onları təmiz havada daha çox vaxt keçirməyə və təmiz hava ilə nəfəs almağa təşviq edir. Daha dayanıqlı məhəllələrin formalaşdırılması üçün yaşayış ərazilərində yaşıl divarlar qurulur. Təşkilat velosipedlərdən istifadəni həvəsləndirərək dayanıqlı nəqliyyatı fəal şəkildə təbliğ edir. Həmçinin sahillərin təmizlənməsi və təkrar emal üçün plastik tullantıların toplanması üzrə kampaniyalar keçirilir", - L.Əliyevanın müraciətində bildirilib.

Leyla Əliyeva həmçinin qeyd edib ki, IDEA 120 tondan çox tullantı toplayıb:

"Bu və digər səylər sayəsində IDEA daha sağlam və "yaşıl gələcək" yaratmağa, eləcə də gənc nəsildə ekoloji məsuliyyətin möhkəm əsasını formalaşdırmağa çalışır".скачать dle 11.3
Mojo.az Banner