Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Maşınında silah tapılan "Dalğa Plaza"nın mühafizəçisi cəzalandırıldı

19.05.2026 16:17 384
Maşınında silah tapılan
"Dalğa Plaza"da mühafizəçi işləyən Qalib Hüseynov (şərti) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, o, əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Qalib Hüseynovun avtomobilinə keçirilən baxış zamanı yük yerindən 1950-ci ildə keçmiş SSRİ-də istehsal olunmuş, sonradan kustar üsulla kəsilmiş və istifadəyə yararlı vəziyyətdə olan 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Həmçinin Qalib Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə baxılıb. Məhkəmədə ifadə verən müttəhim törətdiyi əməldən peşman olduğunu da qeyd edib.

Son xəbərlər