Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda evlərdən oğurluq edən "dilənçilər"

27.11.2025 19:00 480
Bakıda evlərdən oğurluq edən
Bakıda dilənçi qiyafəsində oğurluq edən şəxslərə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Ç.Abdullayev və Ş.Abdullayev "dilənçilik” etməklə evləri yoxlayırmış. Evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra isə ora daxil olaraq oğurluq edirlərmiş.

Onlar bu üsullar Bakıda iki evdən 20 000 manatlıq oğurluq ediblər. Evlərdən nağd pul və qızıl-ziynət əşyaları oğurlanıb.

İşin maraqlı tərəflərindən biri də budur ki, onlar yaxın qohumdurlar. Ç.Abdullayev Ş.Abdullayevin qardaşı oğludur.

Hər iki şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmü ilə Ç.Abdullayev 2 il müddətinə, Ş.Abdullayev isə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər