Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Taliban yetkinlik yaşına çatmayanlarla bağlı nikahları qanuni sayan yeni qaydaları təsdiqləyib.

19.05.2026 16:03 834
Taliban yetkinlik yaşına çatmayanlarla bağlı nikahları qanuni sayan yeni qaydaları təsdiqləyib.
Əfqanıstanın müstəqil mediası olan amu.tv⁠ xəbər verir ki, Taliban tərəfindən yayımlanan sənəddə azyaşlıların iştirakı ilə bağlanan nikahların hüquqi baxımdan etibarlı olduğu qeyd olunub.

Sənədin maddələrindən birində bildirilir ki, bakirə qızın cinsi yetkinlik yaşına çatdıqdan sonra susması nikaha razılıq kimi qəbul edilə bilər. Lakin “gənc oğlanın və ya əvvəllər evli olmuş qadının” susması avtomatik razılıq hesab edilmir.

Sənəd ata və babalara azyaşlıların nikahı ilə bağlı “geniş səlahiyyətlər” verir. Eyni zamanda qeyd olunur ki, nikah uşağın atası və ya babasından başqa qohumlar tərəfindən bağlanarsa belə, “tərəflər sosial baxımdan uyğun hesab edilirsə və mehr münasib sayılırsa”, həmin nikah müqaviləsi hüquqi qüvvədə qalır.

Bildirilir ki, azyaşlı şəxs yetkinlik yaşına çatdıqdan sonra nikahın ləğvi üçün məhkəməyə müraciət edə bilər. Lakin yekun qərarı məhkəmə verir.
Amu TV qeyd edir ki, bu qanun Talibanın 2021-ci ilin avqustunda hakimiyyətə qayıtmasından sonra qadın və qızlara qarşı tətbiq etdiyi geniş məhdudiyyətlər fonunda yayımlanıb.

Hazırda Əfqanıstanda qızların altıncı sinifdən sonra təhsil alması qadağandır. Qadınların universitetlərə çıxışı məhdudlaşdırılıb, onların işləməsi, sərbəst hərəkəti və ictimai həyatda iştirakı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunub.
Xüsusilə, 2024-cü ildə Taliban qadınların digər qadınların yanında uca səslə dua etməsini də qadağan edib.скачать dle 11.3
Mojo.az Banner