13:24 Biologiya elmləri doktoru Şahniyar Bayramov vəfat edib  |     13:20 Əməkdar mədəniyyət işçisi Fərhad Paşayev vəfat etdi - Video  |     13:18 Neftçalada sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir? - Video  |     13:13 Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik" - Video  |     13:12 Tanınmış qrosmeyster Daniel Naroditski 29 yaşında vəfat edib  |     13:05 Cenevrədə Sahibə Qafarova və Alen Simonyan arasında görüş başlayıb  |     12:19 Azərbaycanlı reper müharibədə həlak oldu  |     12:08 Bakıda komendant işlədiyi binadan yıxılıb öldü  |     11:58 Gümrü meri Vardan Qukasyan həbs edildi  |     11:51 7 yaşlı oğlu ilə sükan arxasına keçib qəza törətdi - Uşaq öldü  |     11:45 Şəmkirdə qəza - Ölən var  |     11:42 Beynəlxalq Bank iki daşınmaz əmlakı hərraca çıxarır  |     11:35 Siyəzəndə 35 yaşlı kişini və altı inəyini elektrik cərəyanı vurdu  |     11:17 Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 286 nəfər saxlanılıb  |     22:50 “Üstünlük bəlkə də rəqib tərəfdədir” - Qurban Qurbanov  |     22:41 "Green Card" üçün qeydiyyat niyə gecikir? - RƏSMİ CAVAB  |     22:30 Bu tarixdən etibarən ölkədə heyvan bazarları bağlanır  |     22:22 Türkiyə-Azərbaycan Universitetinin iki illik fəaliyyətinə dair hesabat təqdim edilib  |     22:17 Ərdoğan Körfəz ölkələrinə səfər edəcək  |     22:10 Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub  |    

Dövlət Komitəsi Masallıda baş verən qətllə bağlı məlumat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallıda baş verən qətllə bağlı məlumat yayıb.

Median.Az
-ın APA-ya istinadən xəbərinə görə, məlumatda qeyd olunur ki, 29.01.2020-ci il tarixdə kütləvi İnformasiya vasitələrində Masallı rayon Həsənli kənd sakini yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mais qızının 2 həftə öncə Xoşçobanlı kənd sakini ilə evləndiyi, yetkinlik yaşına çatmayanın ölməsi ilə bağlı məlumat öz əksini tapıb. Faktla bağlı cinayət işi açılıb.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hüquq mühafizə orqanlarına və yerli icra hakimiyyəti orqanına sorğu ilə müraciət edilib.

Araşdırmalar göstərir ki, uşaq nikahı hallarında məişət zorakılığının baş vermə riski daha yüksək olur. Bununla əlaqədar olaraq, Komitə bir daha xatırladır ki, ölkə qanunvericiliyində yetkinlik yaşına çatmayanın erkən yaşda ərə verilməsi, uşaq hüquqlarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasında nikaha daxil olmaq üçün yaş həddi qanunvericiliklə 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1.1.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızı nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti nəzərdə tutur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına məlumat verməyə borcludurlar. Qəyyumluq və himayə orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur.

Qeyd edək ki, Masallı rayonu Xoşçobanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərova 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən qətlə yetirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 194 29.01.20 20:30