Mojo.az — elanlar
Son Xəbərlər
14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

Şavkat Mirziyoyev WUF13-də bir sıra təkliflərlə çıxış edib

18.05.2026 17:22 870
Şavkat Mirziyoyev WUF13-də bir sıra təkliflərlə çıxış edib
"Bu gün müzakirə olunan məsələlərlə bağlı bir sıra təklif və təşəbbüslər irəli sürmək istərdim. Birincisi, bütün regionlarda əhali üçün bərabər yaşayış şəraitinin yaradılması kiçik və orta şəhərlərin harmonik inkişafını tələb edir. Bu baxımdan, tərəfdaş ölkələri şəhər inkişafında balanslaşdırılmış urbanizasiya prinsipini geniş şəkildə tətbiq etməyə çağırıram".

Bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.

"İkincisi, bütün ölkələrin süni intellekt və rəqəmsal transformasiyaya şəhər idarəçiliyində yaratdığı imkanlara bərabər çıxışının təmin edilməsi vacibdir. Bu məqsədlə texnologiyalar, standartlar və təcrübələr sistemi mübadiləsini asanlaşdırmaq üçün beynəlxalq ağıllı və təhlükəsiz şəhərlər alyansının yaradılmasını təklif edirəm.

Üçüncüsü, gənclərin və əhalinin həssas təbəqələrinin keyfiyyətli və əlçatan mənzillə təmin olunması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə gələn il Səmərqənddə mənzil tikintisinin maliyyələşdirilməsi və investisiya qoyuluşuna dair yeni yanaşmaların müzakirəsi üçün beynəlxalq forum keçirməyə hazırıq.

Dördüncüsü, qlobal iqlim dəyişikliyi fonunda yaşıl şəhərlərin yaradılması üçün ortaq prinsip və standartların qəbul edilməsinə ehtiyac artmaqdadır. Şəhərlərin təbiətlə harmoniyada inkişafını təmin etmək məqsədi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) "Yaşıl şəhərlər" beynəlxalq mükafatını təsis etməsini təklif edirəm.

Beşincisi, urbanizasiya səviyyəsinin yüksəldilməsi şəhər daxilində ənənəvi özünüidarə sisteminin rolunu artırır. Bu münasibətlə 2030-cu ildə WUF-un 15-ci sessiyanın şəhərlərin davamlı inkişafında yerli icmaların rolu mövzusu ilə Daşkənddə keçirilməsini təklif edirəm", - deyə Özbəkistan prezidenti təklif edib.

Son xəbərlər