Mojo.az Banner
17:00 Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?  |     16:40 Bakıda küçə ticarəti: problemlər həll olunacaqmı?  |     16:34 Asan qazanc arzusu gəncləri uçuruma aparır  |     16:03 Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ  |     12:30 Azərbaycanda qadın pilotların sayı açıqlanıb  |     12:06 Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb  |     12:03 Rusiyada QEYRİ-ADİ HADİSƏ: Bakıdan gedən aşpazı narşəraba görə saxladılar - FOTO  |     11:56 DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər pul mənimsəyib?  |     11:54 Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər  |     11:53 Bakıda Ukrayna şəhərlərinin dayanıqlı bərpası və baş planları müzakirə edildi  |     11:52 Kliniki Tibbi Mərkəzin həkimi VƏFAT ETDİ - FOTO  |     11:50 Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alırlar?  |     11:47 UEFA Avropa Liqasında FİNAL HƏYƏCANI  |     11:46 Azərbaycan nefti ucuzlaşıb  |     11:39 Bazarlarda nübarlıq meyvələrin QİYMƏTLƏRİ - Video  |     11:33 Küçələri lərzəyə gətirən sürücülərə xəbərdarlıq - Video  |     11:29 "Günə 30-40 manat qazanırıq" - Astara çayını keyfiyyətli edən sirr nədir? (Video)  |     11:14 Hamlet Musayevin qızı həbsdən azad edildi  |     23:01 Supermarketlərdə niyə tez-tez başsız balıq satılır? - Heç kimin bilmədiyi SƏBƏBLƏR  |     22:54 14 ildən sonra yeni albom çıxaracaqlar  |    
Left Banner
Right Banner

Boşanmaların artması cəmiyyət üçün hansı riskləri yaradır?

18.05.2026 17:14 321
Boşanmaların artması cəmiyyət üçün hansı riskləri yaradır?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, boşanmalarla bağlı statistikada son bir neçə ayda artıq 60 faiz həddini keçib.

Sosioloqun sözlərinə görə, Azərbaycan bu göstəricilərə görə ilk beşlik siyahısındadır. Bu, hər kəsə bəlli olan bir faktdır. Və əsas təhlillər və səbəblər də, boşanmaların bu qədər dinamik və kəskinliyi bu faktın üzərində aparılır.

Naib Niftəliyev əlavə edib ki, səbəblərin çoxluğu dəyişməyib. Maddi və sosial-iqtisadi səbəblər yenə də üstələyir. Əslində 60-70 faizə qədər əsaslanan sırf bu amillərin çoxluğu ilə bağlıdır. Sosial-iqtisadi gözləntilər, hər kəsin yaxşı yaşamaq istəyi, bunun müqavilində gərginliyin fəaliyyət intensivliyinin artması, uzunmüddətli fəaliyyət və stress iqtisadi motivlərə, qazanclara daha çox köklənmə ailə problemlərini daha çox qabardan məsələlər sırasındadır.

Sosioloq qeyd edib ki, digər cəhətdən kənar müdaxilələr də var. Texnologiyaların aşırı təsiri, sosial ünsiyyətin, eləcə də şəxsi əlaqə qurma imkanlarının kifayət qədər asanlaşması, insanların müqaisə etmək və daha yaxşısını axtarmaq, tapmaq istəyi, korporativ şəxsi maraqların ailə maraqlarından önə keçməsi bu iqtisadi səbəbləri mənfi amillər fonunda tamamlayır. İstər-istəməz boşanmaların sayını kəskin artıran səbəblər sırasındadır.

"Təbliğat, maarifləndirmə istiqamətində olan boşluqlar, moderatorların razılaşdırma-uzlaşdırma istiqamətində daha çox boşanmalara təşviq etməsi, ayrılığın faciə deyil, nümunə kimi təqdim olunması, xəyanətin də inkişafın və ya özünütəsdiqin bir forması kimi dəbə düşməsi, hətta səbəb olmadan belə, xəyali olaraq qarşı tərəfdən qisas almaq, müəyyən mənada əzmək, incitmək üçün tətbiq olunan vasitələr kimi də başa düşülə bilər. Gender və hüquq bərabərliyinin önə keçilməsi, birtərəfli qaydada çox vaxt feminist kontekstində çalışılması da səbəblər sırasındadır. Əslində bu bölgü də yanlışdır. İnsana öncə insan kimi dəyər verilməlidir. Onun gender rolu, mənsubiyyəti insanlıq fonunda qiymətləndirilməlidir", — deyə mütəxəssis vurğulayıb.

"Ailədə rol bölgüsü ənənəvidir və dəyişmir. Bu tarazlıq pozulanda, genderrollu istiqamətdə dəyişikliklərə sövq edəndə, qeyri-ənənəvi ailə modelinin təbliğinə üstünlük veriləndə istər-istəməz cəmiyyətdə aşınma, deqradasiyaya, sistem boşluğu yaranır. Bu da ailənin, cəmiyyətin, dövlətin nüvəsi olmasından irəli gələn bir xüsusiyyətdir. Ailə zəifdirsə, boşanırsa, övlad dünyaya gəlmirsə, dövlətin təməl əsasları və sosial himayə, təhlükəsizlik, güc funksiyası zəifləyir. Bu da cəmiyyətdə qeyri-sabitliyə gətirib çıxaran amilə çevrilir. İqtisadi motivlər baxımından bunu bəlkə də təhrik edən qüvvələr ayrıdır. Müəyyən qlobal güclər, yaxud da iqtisadi korperasiyalar, müəyyən geyim istehsal edən müəssisə və qurumlar, insanların emosiyaları üzərindən qazanmaq istəyənlər çox vaxt ailələrin taleyinə heç də acımırlar. Onlar üçün çox boşanma daha çox gəlir deməkdir. Bu motivi də nəzərdən qaçırmaq olmaz. Digər tərəfdən insanların özlərində də texnologiyaya yönəlməklə yanaşı, iradədə boşluqlar, zəifliklər yaranıb. Adi problemləri uzlaşaraq həll etmək əvəzinə, onları daha da dramatikləşdirib ayrılmağı səbəb kimi deyil, bəhanə kimi seçirlər", — deyə N. Niftəliyev sonda bildirib.

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran hüquqşünas Elnur Məmmədov deyib ki, boşanmaların səbəbləri çoxşaxəlidir.

"Ola bilər ki, bununla bağlı konkret vəkillər statistika aparsalar, təəccübləndirəcək səbəblər də çıxar. Lakin, düşünmürəm ki, bütün vəkillər, o cümlədən də mən statistik hesablama aparmıram. Amma cəmiyyətdə daha çox boşanmaların kökündə iqtisadi çətinliklər, işsizlik, aztəminatlılıq dayanır. Və bundan doğan digər yarımsəbəblər olur", — deyə hüquqşünas səbəblərə toxunub.

"Çox yerdə bildirirlər ki, texnologiyaların, telefon, internetin inkişafı və geniş yayılması ailələrin dağılmasına səbəb olur. Amma bunun özü belə daha çox iqtisadi çətinliklərdən yaranan məsələlərdir. Məsələn, ailədə işsizlikdən problemlər yaranır, münasibətlər soyuyur və müəyyən narazılıqlara gətirib çıxarır ki, onlar da öz növbəsində zaman-zaman xırda detallara bölünür. Problem telefondan da, internetdən də çıxa bilir. Bütün hallarda məsələnin kökünü araşdırmaq lazımdır", — deyə E. Məmmədov əlavə edib.

Hüquqşünas boşanmaların qarşısını almağın yolları barədə danışıb:

"Bu, geniş yayılmış problemdir və düşünürəm ki, qarşısını almaq mümkün deyil. Məsələn, daha yaxşı bir proqram qəbul olunsa, tam da olmasa, boşanmaların sürətini azaltmaq olar. Ona görə də işsizlik, evsizlik problemlərinin aradan qaldırılması vacibdir. Gənclərin ailə qurmasında və ailələrinin dağılmasında evsizlik problemi əsas rollardan birini oynayır. Gənc ailələrə daha aşağı faizlə, daha uzunmüddətli güzəştlər tətbiq etməklə kreditlər vermək olar".

Psixoloq Dilruba Həsənova isə qeyd edib ki, son vaxtlar boşanmaların artması təkcə iki insanın ayrılığı deyil, həm də cəmiyyətin psixoloji tükənməsinin göstəricisidir.

"Ən təhlükəli məqam isə münasibətlərin səssiz şəkildə dağılmasıdır. İnsanlar artıq bir-birini dinləmədən danışır, anlamadan mühakimə edir, sevgini isə sadəcə hiss yox, sübut tələb edən bir anlayışa çevirirlər".

Bu gün boşanmaların əsas səbəbinə toxunan D. Həsənova əlavə edib:

"Təkcə xəyanət və ya maddi çətinlik deyil. Ən böyük problem insanların emosional olaraq bir-birindən uzaq düşməsidir. Eyni evdə yaşayan, amma fərqli dünyalarda yorulan insanlar var. Sosial şəbəkələr isə münasibətləri daha da müqayisəli və dözümsüz edib. Hamı ideal həyat göstərir, amma heç kim münasibətin arxasındakı səbrdən, anlayışdan və psixoloji yükdən danışmır.
Ailə sadəcə sevgi ilə yox, psixoloji təhlükəsizlik hissi ilə ayaqda qalır. İnsan özünü yanında olduğun insana qarşı rahat ifadə edə bilmirsə, zamanla susmağa başlayır. Uzun sürən susqunluq isə münasibətlərin ən səssiz dağıdıcı qüvvəsidir".

Məsələnin həlli yollarına toxunan psixoloq deyib:

"Boşanmaların qarşısını almaq üçün insanlar ilk növbədə" haqlı olmaq" yarışından çıxmalıdır. Münasibətdə ən vacib şey qalib gəlmək yox, əlaqəni qorumağı bacarmaqdır. Dinləməyi öyrənmək, emosional ehtiyacları görmək, məsuliyyəti paylaşmaq və lazım olduqda psixoloji dəstək almaq artıq zəiflik yox, münasibəti xilas etməyə çalışan yetkin davranışdır.

Çünki bəzi ailələr xəyanətdən yox, anlaşılmamaqdan dağılır. Cütlüklərdən ünsiyyət haqqında soruşanda daha çox eşitdiyim bir cümlə var: "Danışmıram ki, məni səhv anlamasın". Bəzən hər iki tərəf guya səhv anlaşılmaq üçün susmağı seçdiyi halda, nəticəni məhkəmə zallarında həll etməyə çalışırlar. Hətta bu yaxınlarda bir nəfər 2 il ayrı qaldıqdan sonra boşanmaya ərizə verən həyat yoldaşına sual verib ki, "biz niyə boşanırıq?" - xanım da cavabında bildirib ki, "iki ildir ayrıyıq, indi niyə soruşursan?".

Bu bir cümlə əslində çox məna ifadə edir, sadəcə anlayış lazım idi, susmaq yerinə, cəzalandırmaq yerinə ünsiyyət qurmaq, etiraf etmək və münasibəti yerində xilas etmək lazım idi. Təəsüf ki, hazırkı dövrdə insanların psixoloji gərginliyi bu halların gecikməsinə səbəb olub".


Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner