Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı
Dördüncü yarış günündə Azərbaycanın bir güləşçisi fəxri kürsüyə qalxıb.
Xədicə Qurbanzadə (49 kiloqram) finalda ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqibinə məğlub olan (0:10) həmyerlimiz Avropa çempionatını gümüş medalla başa vurub.
