Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Pensiya artımı ilə bağlı müjdəli AÇIQLAMA

14.05.2026 17:58 366
Pensiya artımı ilə bağlı müjdəli AÇIQLAMA
Azərbaycanda pensiyaçıları ən çox maraqlandıran məsələlərdən biri də il ərzində ödənişlərin yenidən artırılıb-artırılmayacağı ilə bağlıdır. Cari ilin fevral ayında həyata keçirilən 9.3 faizlik ümumi indeksasiyadan sonra, vətəndaşlar ilin ikinci yarısında növbəti artımların olub-olmayacağını yaxından izləyir. Qanunvericiliyin tələbləri və mövcud iqtisadi mexanizmlər fonunda bu suala aydınlıq gətirmək, həmçinin fərdi artım imkanlarını nəzərdən keçirmək böyük əhəmiyyət kəsb edir.

Median.Az
xəbər verir ki, demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələdə səlahiyyət həm Milli Məclisə, həm Nazirlər Kabinetinə, həm də prezident fərmanlarına aid olan qərar mexanizmlərinə bağlıdır:

“Yəni təqaüdlərin artırılması ilə bağlı qərarlar məhz dövlətin maliyyə və sosial siyasəti çərçivəsində formalaşdırılır və yekun qərar həmin qurumların səlahiyyətində olur. Bir məsələ isə demək olar ki, dəqiqdir. Gözləntilərə əsasən, iyun ayının əvvəlində dövlət büdcəsinə əlavələr və dəyişikliklərin edilməsi gündəmə gələ bilər. Bu da hər il müəyyən iqtisadi göstəricilər, gəlirlər və sosial xərclər nəzərə alınaraq həyata keçirilən proseslərdən biridir. Hazırda belə bir ehtimal kifayət qədər yüksək qiymətləndirilir. Əgər büdcəyə ediləcək həmin əlavələr və dəyişikliklər zamanı sosial sahəyə, xüsusilə də təqaüdlərlə bağlı əlavə vəsait ayrılması barədə qərar qəbul olunarsa, o zaman ilin ikinci yarısında təqaüdlərin yenidən artırılması mümkün ola bilər. Yəni burada əsas məqam dövlət büdcəsinə yenidən baxılması və sosial istiqamətdə hansı qərarların veriləcəyidir. Nəticə etibarilə, təqaüdlərin artırılıb-artırılmaması parlamentdə büdcə müzakirələri zamanı qəbul ediləcək qərarlardan, eləcə də dövlətin maliyyə imkanları və sosial siyasət prioritetlərindən birbaşa asılı olacaq.”скачать dle 11.3
Mojo.az Banner