Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |    
Mojo.az Avto
Mojo.az Avto

Siqareti tərgitdikdən sonra ağciyərlər tam şəkildə bərpa olunurmu? - Mütəxəssisdən açıqlama

13.05.2026 12:03 720
Siqareti tərgitdikdən sonra ağciyərlər tam şəkildə bərpa olunurmu? - Mütəxəssisdən açıqlama
London İmperial Kollecinin ağciyər xəstəlikləri üzrə tədqiqat qrupunun rəhbəri Şarlotta Din siqareti tərgitdikdən sonra ağciyərlərin tam bərpa olunma ehtimalını qiymətləndirib.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Şarlotta Dinin sözlərinə görə, ağciyərlər çirklənmə və infeksiyalardan sonra özünü bərpa etmək qabiliyyətinə malikdir. Buna görə də siqareti tərgitdikdə orqanizmin vəziyyəti xeyli yaxşılaşır.

"Lakin bu, təhlükənin tamamilə aradan qalxması demək deyil", - deyə o vurğulayıb.

Mütəxəssis qeyd edib ki, tütün tüstüsünün təsirindən ağciyər hüceyrələri mutasiyaya məruz qala bilər. Bu isə sürətli qocalmaya, tənəffüs yolları xəstəliklərinə meyilliliyə və hətta zərərli vərdişdən uzaqlaşdıqdan illər sonra belə xərçəngin yaranmasına səbəb ola bilər. Ekspert, həmçinin xəbərdarlıq edib ki, bəzi insanlarda ağciyərlərin regenerasiya (bərpa) qabiliyyəti zəifdir və ya demək olar ki, yoxdur.

Şarlotta Din siqareti mümkün qədər tez tərgitməyi tövsiyə edir, çünki yaş artdıqca orqanizmin bərpa qabiliyyəti azalır. O, tənəffüs sisteminin sağlamlığını qorumaq üçün mütəmadi olaraq idmanla məşğul olmağı da məsləhət görüb.

Son xəbərlər