Mojo.az Banner
15:28 Azərbaycanda güclü zəlzələ olub - FOTO  |     15:24 Azərbaycanda 50 min manata qədər məbləğdə cərimələr müəyyənləşir  |     15:12 Azərbaycanda sosial şəbəkələrdə uşaqlar üçün yeni qeydiyyat TƏLƏBLƏRİ müəyyənləşir  |     15:07 İrandan Azərbaycana PUA ilə narkotik daşınmasının qarşısı alınıb  |     15:06 Azərbaycan Portuqaliyada səfirlik açacaq  |     15:05 Xəzər dənizi ilə 400 kiloqrama yaxın narkotiki Azərbaycana gətirən iranlılar hakim qarşısında  |     15:04 Şüvəlanda 66 yaşlı kişi dənizdə boğuldu  |     15:03 Azərbaycanda qadın evində baltalanaraq qətlə yetirildi  |     15:00 Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI  |     14:58 Prezidentin köməkçisi: "Kənd təsərrüfatında istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb"  |     14:57 DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib  |     14:54 Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib? - Araşdırma BAŞLANILDI  |     14:53 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralıların vəziyyəti açıqlandı (Yenilənib)  |     13:21 Şəmkirdə QƏTL: 28 yaşlı kişi kafedə bıçaqlanaraq öldürüldü  |     13:20 Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək  |     13:10 Azərbaycan nefti bahalaşıb  |     13:08 Qadının və bətnindəki dölün ölümünə səbəb olan sürücünün cəzası azaldıldı  |     13:04 Tailand kralının dörd ildir komada olan qızı öldü  |     13:01 "Volkswagen" kütləvi ixtisarlara gedir  |     12:57 İlon Mask tarixdə ilk trilyonçu oldu  |    
Left Banner
Right Banner

Komendant bunları sizə qadağan EDƏ BİLMƏZ

12.05.2026 22:39 381
Komendant bunları sizə qadağan EDƏ BİLMƏZ
Çoxmərtəbəli bina evində yaşamaq sadəcə mənzil sahibi olmaq demək deyil, həm də müəyyən qaydalarla yaşamaqdır. Bəzi binalarda bu qaydalar sadəcə daxili təhlükəsizlik və nizam-intizam adı ilə izah olunur, digərlərində isə bina sakinləri onları sərt məhdudiyyət hesab edir.

Gec saatlarda qonaq qəbuluna qadağa, müəyyən saatlardan sonra mənzillərdə daxili təmir işlərinin məhdudlaşdırılması, yaxud giriş-çıxış saatlarının müəyyən edilməsi kimi tətbiqlər isə bir sualı aktuallaşdırır:

Bina idarəçilərinin qoyduğu bu qaydalar həqiqətən qanunauyğun gəlirmi, yoxsa sadəcə daxili idarəetmə və nizam-intizam funksiyası daşıyır? İlk olaraq, bina komendantı necə təyin olunmalıdır?

Median.Az xəbər verir ki, mövzu ilə bağlı "Bizim.Media"ya danışan hüquqşünas Ramil Süleymanov qeyd edib ki, bina sakinləri bu vəzifəni özləri də icra edə bilərlər:

"Bina sakinləri tərəfindən binanı idarə edən şəxslər ümumi yığıncağın protokolu əsasında təyin edilməyibsə, həmin şəxslərin fəaliyyəti qanunvericilikdə nəzərdə tutulmayıb. Sakinlər özləri rahat şəkildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis etməklə həmin xidmətləri özləri də icra edə bilərlər.

Birinci növbədə MTK (Mənzil Tikinti Kooperativi) və ya binanı idarə edən şirkətlərlə sakinlər arasında xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmalıdır. Bu müqavilədə ödənilməli olan məbləğin ödənilməməsinə görə hər hansı xidmətlərdən istifadənin qadağan olunmasını nəzərdə tutan müddəalar varsa, o tətbiq oluna bilər. Ancaq elə müddəalar yoxdursa, komendatın hər hansı bir bu qəbildən olan qadağaları və məhdudiyyətləri tətbiq etməsi yolverilməzdir".

Bəs, daxili nizamı qorumaq adı ilə binaya giriş saatının məhdudlaşdırılması və gec saatlarda qonaq qəbulunun qadağan edilməsinin qanuni əsası varmı?

R.Süleymanov hesab edir ki, bu müdaxilələr əsassızdır:

"Qətiyyən belə bir şey yol verilməzdir. Bu ümumi istifadədə olan binadır və sakinlərin ümumi istifadə etdiyi mülkiyyətdir. Nəticə etibarilə mənzilin toxunulmazlıq hüququ təsir altına düşür. Bu mənzildən məhdudiyyətsiz istifadəyə yönəlmiş müdaxilə kimi qiymətləndirilə bilər".

Hüquqşünas son olaraq mənzildə daxili təmir işlərinə və səs-küy yaradılmasına müdaxilənin qanunla tənzimləndiyini xatırladıb:

"Bu məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən tənzimlənir. Mənzillərdə məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması, o cümlədən məişət səs-küyünü başqa üsullarla həyata keçirmək kimi qeyd olunur. Eyni zamanda təmir işlərinin aparılması, təmirə görə səs-küyün salınması da bura daxildir və saat 00:00-dan 07:00-a qədər qadağan olunur. Buna görə fiziki şəxslər 150 manatdan 200 manata, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manata qədər məbləğdə inzibati qaydada cərimə oluna bilər".скачать dle 11.3
Mojo.az Banner