Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bərdə sakinlərinin şikayətinə İcra Hakimiyyətindən CAVAB: “Bu məsələyə nəzarət olunacaq” - FOTO

18.05.2020 14:35 1 848
Bərdə sakinlərinin şikayətinə İcra Hakimiyyətindən CAVAB: “Bu məsələyə nəzarət olunacaq” - FOTO
Bərdə şəhərində Elçin Əsədov küçəsi, bina 8A-nın yaxınlığındakı ərazidə antisanitar vəziyyət yaranıb.

Bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

Binanın sakinləri iddia edirlər ki, yaxınlıqdakı restoranların da tullantıları həmin əraziyə atılır. Zibillikdən yayılan üfunət bina sakinlərini narahat edir.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Fuad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı əraziyə baxış keçirilib:

“Sosial şəbəkədə paylaşılan fotoları görmüşük. Məsələ ilə bağlı əraziyə baxış keçirildi və məlum oldu ki, fotolar yeni deyil. Digər tərəfdən, ərazidəki zibilliklə bağlı sakinlər tərəfindən bizə də müraciətlər daxil olur. Müvafiq qaydada ərazidə zibil qutuları da qoyulub. Lakin zibillərin bina sakinləri deyil, gecə saatlarında ərazidən keçən şəxslər və digər küçələrdə yaşayan vətəndaşlar tərəfindən atıldığı deyilir”.

F.Hacıyev onu da əlavə edib ki, ərazidə yaşayan sakinləri narahat edən problemin həlli istiqamətində tədbirlər görüləcək:

“Ərazidə günlərlə zibil qala bilməz. Hər gün aidiyyəti üzrə ərazidən zibillər təmizlənir. Bu problemin tamamilə aradan qaldırılması üçün əraziyə bina sakinləri, eləcə də icra hakimiyyətinin nümayəndələri tərəfindən nəzarət ediləcək”.


Son xəbərlər