Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Binaya istilik verilməsi üçün “Azəristiliktəchizat” ASC əməkdaşları pul tələb edir? - AÇIQLAMA

26.02.2021 12:38 1 242
Binaya istilik verilməsi üçün “Azəristiliktəchizat” ASC əməkdaşları pul tələb edir? - AÇIQLAMA
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 160-da yaşayan vətəndaşlar istilik xidməti ala bilmir.

Bu barədə Oxu.Az-a bina sakinləri şikayət edib.

Bildirilib ki, sözügedən ünvanda yerləşən binaya istilik verilmir. Eyni zamanda, iddia edilib ki, “Azəristiliktəchizat” ASC əməkdaşları binaya istilik xidməti göstərmək üçün sakinlərdən əvvəl 500-600 manat, sonra isə 1500-1600 manata yaxın pul tələb edib.

Məsələ barədə “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq.

Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev saytımıza açıqlamasında bildirib ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 160 saylı yaşayış binasının istilik təchizatı ilə təmin olunmaması məsələsi araşdırılıb:

“Qeyd olunan yaşayış binası əvvəllər payız-qış mövsümündə istilik sistemi ilə təmin olunub. 2020/2021 payız-qış mövsümündə binanın aşağı paylayıcı istilik sistemləri tamamilə sıradan çıxdığı və su axıntısı zirzəmiyə dolduğu üçün xidmət dayandırılıb.

Orada cari təmir mümkün deyil. Çünki binanın aşağı paylayıcı istilik sistemləri əsaslı təmir olunmalıdır. Mövcud qanunvericiliyə görə də, yaşayış binasının aşağı paylayıcı daxili istilik sistemləri bina mülkiyyətçiləri tərəfindən təmir olunmalıdır”.

R.Əliyev ASC əməkdaşlarının binaya istilik verilməsi üçün vətəndaşlardan pul tələb etməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, işçilərin istilik xidməti üçün vətəndaşdan pul tələb etməsi ilə bağlı iddia əsassızdır:

“Şikayətçi ilə əlaqə saxlanılıb, hansı işçinin pul tələb etdiyinin bildirilməsi istənilsə də, heç bir fakt göstərilməyib. “Azəristiliktəchizat” ASC-də vətəndaşlardan və ya digər şəxslərdən ödənişli əsaslarla istilik təchizatını bərpa edən heç bir bölmə yoxdur.

Yaşayış binalarının bina daxili istilik sistemləri bina və mənzil mülkiyyətçilərinə məxsusdur. Bina daxili istilik sistemlərinin bərpası yalnız dövlət proqramına düşdükdə və icrası bizim quruma həvalə olunarsa, tərəfimizdən təmir olunur”.скачать dle 11.3
Mojo.az Banner