Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

"Azəristiliktəchizat"a yeni səlahiyyət verilib

25.09.2024 15:34 1 200
Azərbaycanda qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb, bu səlahiyyət "Azəristiliktəchizat" ASC-ə həvalə olunub.

Median.Az
Tarif (qiymət) Şurasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli qərarı ilə istilik təchizatı xidmətlərinin qiymətlərini tənzimləyən qurumlar müəyyənləşdirilib. Bununla əlaqədar, Nazirlər Kabinetinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında və "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında" 2023-cü il 5 sentyabr tarixli Qərarda dəyişiklik edilib.

Sözügedən Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.

Tarif (qiymət) Şurası istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tariflərini müəyyən edir. Yeni istilik mövsümündə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.

Qərara əsasən qeyri-əhali istehlakçıları üçün istilik təchizatı xidmətlərinə görə hesablaşmalar "Azəristiliktəchizat" ilə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək.

Qeyri-əhali istehlakçıları "Azəristiliktəchizat"ın ümumi abonentlərinin 1,67% -ni, istilik təchizatı üzrə satışının isə 16%-ni təşkil edir.

Son xəbərlər