Mojo.az Banner
14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |     12:35 Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı - Təfərrüat  |     12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |     12:05 Sabirabadda bir ailə qəzaya düşdü  |     12:03 Xüsusilə külli miqdarda marixuananı Azərbaycandan keçirmək istədilər - Video  |     12:01 Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat  |     11:59 Paytaxtda 10 otaqlı evdə yanğın olub - Video  |     11:58 Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət  |     11:56 Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü - Video  |     11:54 Bakıda elektrik maşınları artır, rayonlarda isə alan yoxdur – Əsas səbəblər  |    
Mojo.az Avto
Mojo.az Avto

“Xəzər İnşaat” MTK sədri bina sakinlərinin yolunu bağladı: Sakinlər ayağa qalxdı – ŞİKAYƏT

27.01.2018 17:08 2 278
“Xəzər İnşaat” MTK sədri bina sakinlərinin yolunu bağladı: Sakinlər ayağa qalxdı – ŞİKAYƏT
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivində yaşayan sakinlər ayağa qalxdılar.

Median.Az
xəbər verir ki, bu barədə BiG.AZ-a məlumat verən sakinlər qeyd ediblər ki, massivdə yerləşən Kristal Abşeron binalarında özbaşınalıq edilir. Belə ki, kompleksdə yerləşən 4-ü 12 mərtəbəli, 3-ü isə 7 mərtəbəli olan binaların yanğın təhlükəsizliyi çıxışı bina rəhbərliyi tərəfindən özbaşınalıq yolu ilə bağlanılıb. Həmin təhlükəsizlik çıxışlarına isə qapı qoyulub. Bununla yanaşı 7 mərtəbəli binanın zirzəmisi də park qaraj kimi qanunsuz olaraq istifadəyə verilib. Qapıdan isə istifadə etmək hüququ yalnız qarajda maşın saxlayanlara verilib:

“Yanğınsöndürənlər üçün nəzərdə tutulan yoldan yalnız bina sahibinin evinə gələn qonağa və pulla maşını orada saxlamaq istəyənlərə icazə verilir. Komendanta yaxınlaşıb soruşanda bildirir ki, bizlik deyil, rəhbərliyə müraciət edin. Bu binanın sahibi “Xəzər İnşaat” MTK-nın sədri Fikrət Məmmədovdur. Bina sakinləri ona müraciət edəndə bildirir ki, kompleks bizimdir. Giriş, çıxış da bizimdir. Uşağı məktəbə, baxçaya aparan məcburdur ki, 760 metr yolu qət etsin. Qadınlarımız axşam evə gələndə əziyyət çəkir. Binada yaşayanlardan fikir öyrənmədən özbaşınalıq edirlər. Camaat kompleksdən ev alıb ki, rahat yaşasın. Dünən bütün bina sakinləri ayağa qalxmışdı. Belə davam edəcəyi təqdirdə biz etirazlara davam edəcəyik”.

Sözügedən binada məskunlaşan digər sakin qeyd edir ki, bu bina rəhbərliyinin etdiyi ilk özbaşınalıq deyil: “Bu bina rəhbərliyinin etdiyi ilk özbaşınalıq deyil. Onlar yarım milyonluq istilik sistemi üçün sakinlərdən pul topladılar. Lakin o da ərsəyə gəlmədi sakinlər öz hesablarına kombi sistemi çəkdirdilər. Biz bura rahat yaşamaq üçün külli miqdarda pul xərcləyirik amma hər addımda özbaşınalıqla rastlaşırıq. Bu barədə bütün nazirliklərə müraciət ünvanlamışıq. İstəyirik ki, bu məsələ mətbuatda da yayımlansın”.
Məsələ ilə bağlı şirkətə rəsmi sorğu göndərsək də cavab verilməyib. Mövqelərini dərc etməyə hazırıq.скачать dle 11.3
Mojo.az Banner