Mojo.az Banner
23:01 Məşhur aktyor dünyasını dəyişdi  |     22:48 Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var  |     22:43 Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - Video  |     22:35 Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi  |     22:29 Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA  |     22:22 Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”  |     22:17 Rusiyalı şahmatçı bir il müddətinə diskvalifikasiya edildi  |     22:10 “Qarabağ”ın oyununa bilet satışı dayandırıldı - Səbəb  |     22:04 Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?  |     21:56 Müdafiə Nazirliyi məlumat yaydı  |     21:51 Ərdoğan Meloni ilə müzakirə apardı  |     21:44 Məcburi köçkünün mənzil iddiasına qurumdan RƏSMİ CAVAB  |     21:39 Xarkovda faciəli şəkildə ölən Fatimənin yaxınlarından ürəkdağlayan sözlər (VİDEO)  |     21:31 Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:26 Bu ərazidə qaz olmayacaq  |     21:01 Azərbaycanda dövlət portalı vasitəsilə 42 milyon manatlıq cinayət: 11 nəfər məhkəmə qarşısında  |     21:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb  |     20:49 İnterpol xətti ilə axtarışa verilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunur  |     20:36 "Dedi Qodu" kafesinin sahibinin burnunu sındırdı - Məhkəmə zalında həbs edildi  |     20:31 Zorakılığa məruz qalanların sayı açıqlandı  |    
Left Banner
Right Banner

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - Video

11.05.2026 14:05 1 215
Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - Video
"Təcilli qan lazımdır. Donor olmaq istəyənlər əlaqə saxlasınlar". Hər gün sosial şəbəkədə bu tipdə onlarla paylaşım edilir. Xəstə yaxınları donor axtarışına çıxır, sosial şəbəkə istifadəçiləri tanımadıqları şəxslər üçün yardım çağırışları paylaşırlar.

Bəs görəsən, Qan Bankı olduğu halda niyə vətəndaşlar özləri qan axtarırlar?

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakinləri xəstəxanaların tələb olunan qanın yalnız müəyyən hissəsini qarşıladığını deyirlər.

Bu səbəbdən vətəndaşlar özləri qan tapılması üçün elanlar verirlər:

"Xəstəxana elə özü deyir ki, lazımdır. Yəni biz qan vuracağıq, amma onun yerinə qan olmalıdır ki, növbəti xəstə olanda ona vurulsun".

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, nadir qan qrupları olan xəstələr üçün donor tapılması daha böyük problem yaradır. Xüsusilə ağır əməliyyatlar, talassemiya və onkoloji xəstəliklər zamanı qana ehtiyac artır:

"Müəyyən elanların paylaşılması manipulyativ ola bilər. Ümumiyyətlə, ölkədə Respublika Qan Bankı fəaliyyət göstərir. Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən bir sıra dövlət tibb müəssisələri var ki, onların da qan bankları mövcuddur. Həmçinin bir sıra aksiyalardan, ianələrdən qan banklarına qan daxil olur. Tövsiyə olunur ki, vətəndaşlarımız ehtiyac olduğu təqdirdə bu müəssisələrə və qan banklarına müraciət etsinlər".

Millət vəkili onu da əlavə edib ki, qan ehtiyatının daim balanslı qalması üçün mütəmadi donor mədəniyyəti formalaşmalıdır. İnsanlar yalnız yaxınları ehtiyac duyanda deyil, sağlam olduğu dövrdə də könüllü şəkildə qan verməyə təşviq edilməlidirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Respublika Qan Bankına da sorğu ünvanlanıb, lakin hər hansı cavab verilməyib.

Mütəxəssislər hesab edirlər ki, qan ehtiyatının davamlı və təhlükəsiz şəkildə qorunması yalnız dövlət qurumlarının deyil, cəmiyyətin də fəal iştirakından asılıdır. Könüllü donor sayının artması həm təcili çağırışların azalmasına, həm də xəstələrin vaxtında yardım almasına imkan yarada bilər.
скачать dle 11.3
Mojo.az Banner