Mojo.az Banner
14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə problemli və çətin tapılan qan qrupları açıqlandı

23.02.2026 22:11 561
Ölkədə problemli və çətin tapılan qan qrupları açıqlandı
Praktiki fəaliyyət göstərir ki, ölkədə ən problemli və tapılması çətin olan qan qrupları əsasən B Rh (-) və AB Rh (-) qruplarıdır.

Median.Az
xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.

O bildirib ki, əhali arasında faiz nisbəti baxımından bu qruplara az rast gəlindiyi üçün onlara olan ehtiyac yarandıqda uyğun donor tapmaq daha mürəkkəb olur.

"Azərbaycanda ən çox rast gəlinən qan qrupları O Rh (+) və A Rh (+) qruplarıdır. Yəni, sadə dillə desək, I və II qan qrupları. Nisbətən daha az rast gəlinən qruplar isə B Rh (-) və AB Rh (-) qan qruplarıdır. Yəni, III və IV qruplar. Bu göstəricilər təbii olaraq qan və qan komponentlərinə olan ehtiyacın strukturuna da təsir göstərir. Ən çox istifadə olunan komponentlər məhz geniş yayılmış qruplara aid olsa da, qan xidmətində ən böyük çətinlik daha nadir rast gəlinən qruplarla bağlı yaranır", - E. Nağıyev əlavə edib.

O qeyd edib ki, Respublika Qan Bankında ehtiyatların planlaşdırılması zamanı məhz bu amillər nəzərə alınır. Strateji ehtiyatların idarə olunmasında əsas prinsiplərdən biri də nadir qan qruplarına aid komponentlərin daim kifayət qədər ehtiyatda saxlanılması, mənfi rezuslu qan vahidlərinin xüsusi nəzarətdə saxlanılması, bu qruplar üzrə daimi donor bazasının formalaşdırılmasıdır. Bu məqsədlə nadir qan qruplarına malik donorların ayrıca reyestri aparılır, onlarla mütəmadi əlaqə saxlanılır, ehtiyac yarandıqda operativ şəkildə donorluğa dəvət edilirlər.скачать dle 11.3
Mojo.az Banner