Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

09.05.2026 21:13 777
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
"Səngəçal Terminalının yaşıl enerji ilə təchizatı məqsədilə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb".

Bunu mayın 9-da "Şəfəq" yarımstansiyasının açılışında "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verərəkən deyib.

"Bu yenilik nəticəsində terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq və Cəbrayılda Günəşdən əldə olunan enerji ümumi enerjisistemə, oradan isə balanslaşdırılmış şəkildə həm də Səngəçal terminalına yönləndiriləcək. Səngəçal terminalında təbii qazla işləyən 140 MVt gücündə modul tipli elektrik stansiyasının fəaliyyəti dayandırılmaqla, terminalın illik tələbatının 500 milyon kVts-nın bərpaolunan enerji hesabına qarşılanması ilə illik 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət ediləcək. Bu da bp şirkətinin Xəzər regionunda əməliyyat tullantılarının CO2 emissiyasının illik 260-330 min ton azaldılmasına töhfə verəcək", - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner