Mojo.az Banner
SON DƏQİQƏ
19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident Laçında "Aşağı Malıbəyli" və "Mirik" su elektrik stansiyalarının açılışında iştirak edib - FOTO

27.05.2025 13:43 762
Prezident Laçında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçında "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Aşağı Malıbəyli" və "Mirik" su elektrik stansiyalarının (SES) açılışında iştirak edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, "AzərEnerji" ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri barədə məlumat verib.

Bildirilib ki, bu günədək istismara verilən 32 və artıq istismara hazır olan altı stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılır. Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır.

Dövlətimizin başçısına "Aşağı Malıbəyli" və "Mirik" su elektrik stansiyaları haqqında məlumat verilib. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3.1 MVt gücündə "Aşağı Malıbəyli" və 3.5 MVt gücündə "Mirik" su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. "Aşağı Malıbəyli" və "Mirik" SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4.3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqlar.

Prezident İlham Əliyev "Aşağı Malıbəyli" və "Mirik" su elektrik stansiyalarını işə saldı.











скачать dle 11.3

Son xəbərlər