Mojo.az Banner
23:25 Kruiz gəmisində yeni virus yayılıb: 100-dən çox insan yoluxub  |     23:06 Putin Zelenski ilə görüş ehtimalından danışdı  |     22:57 Hüquqşünas: Eyni peşəkarlıq səviyyəsinə malik şəxslər bərabər maaş almalıdırlar - Video  |     22:49 "Ukrayna heç vaxt müqavilə bağlaya bilməyib" - Lavrov  |     22:12 Bərdədə soğanın qiyməti əkinçilərin "gözünü yaşardır": 30 kilosu 2 manata...  |     21:58 Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - Video  |     21:54 Həkim alkoqol asılılığının gizli əlamətləri barədə xəbərdarlıq etdi  |     21:48 Xırdalanda ağacları kim və niyə kəsir? (VİDEO)  |     21:44 İran futbol üzrə dünya çempionatı ilə bağlı şərtlərini açıqladı  |     21:21 Macarıstanda yeni Baş nazir seçildi - Orban dövrü bitdi  |     21:13 Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq  |     20:50 "Mançester Yunayted" "Sanderlend"lə heç-heçə etdi  |     20:36 Gəncədə zavod ərazisində YANĞIN  |     20:29 Xamenei üç yerdən yaralanıbmış - İran ilk dəfə açıqladı  |     20:23 Azərbaycanda DƏHŞƏT: Uşaq bağçasının həyətində meyit tapıldı  |     20:07 Trampdan hantavirus açıqlaması  |     20:01 BMT-dən XƏBƏRDARLIQ: Dünyada ərzaq böhranı yaranır  |     19:47 Yollarla bağlı xəbərdarlıq  |     19:39 Həmin görüntülərə görə üzr istədi –Video  |     19:33 Azərbaycanlı qadın Almaniyada İTKİN DÜŞDÜ  |    
Left Banner
Right Banner

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısının keçiriləcəyi tarix açıqlanıb

09.05.2026 13:18 201
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısının keçiriləcəyi tarix açıqlanıb
2026-cı il mayın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi zirvəsi "Süni intellekt və rəqəmsal inkişaf" mövzusu ilə türk dünyasının mənəvi paytaxtı Türküstanda, Qazaxıstanın ev sahibliyi ilə keçiriləcək.

Median.Az-
a bu barədə Türk Dövlətləri Təşkilatından (TDT) məlumat verilib.

Bildirilib ki, TDT-yə üzv dövlətlərin və müşahidəçilərin dövlət və hökumət başçılarını, eləcə də TDT-nin baş katibini bir araya gətirəcək tədbir sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirəsi üçün mühüm platforma olacaq.

Zirvədə, həmçinin Ağsaqqallar Şurası və türk əməkdaşlıq təşkilatları da iştirak edəcək.

Qeyri-rəsmi zirvə süni intellekt, rəqəmsal innovasiya və yeni yaranan texnologiyaların transformasiyaedici potensialından istifadə etməklə dayanıqlı iqtisadi artımın təşviqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və regional əlaqəliliyin gücləndirilməsi istiqamətində türk dövlətləri arasında strateji dialoqun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası da keçiriləcək.

Zirvənin türk dünyasının mənəvi paytaxtı Türküstanda keçirilməsi türk xalqlarının ortaq tarixi irsi ilə dinamik və rəqəmsal baxımdan gücləndirilmiş gələcəyin qurulması istiqamətində ortaq baxışın güclü simvolu kimi çıxış edir. Zirvənin türk dövlətləri arasında birlik, həmrəylik və nəticəyönümlü əməkdaşlığı daha da gücləndirəcəyi gözlənilir.скачать dle 11.3
Mojo.az Banner