Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Trampa hücum etməkdə şübhəli bilinən şəxsin saxlanılmasının təfərrüatı bəlli oldu

29.04.2026 11:34 639
Trampa hücum etməkdə şübhəli bilinən şəxsin saxlanılmasının təfərrüatı bəlli oldu
ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən Koul Allen büdrəyib yıxıldıqdan sonra saxlanılıb.

Bu barədə "CBS News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri dərhal onun üzərinə atılaraq silahını əlindən alıb və partlayıcı maddələrin olub-olmadığını yoxlamaq üçün paltarlarını çıxarıblar.

"Koul Tomas Allen saatda təxminən 9 mil (14.4 km/saat) sürətlə qaçaraq hotelin ikinci mərtəbəsinə çıxıb və üzərindəki ov tüfəngindən atəş açıb. Allen büdrəyərək yerə yıxılıb və zabitlər dərhal onun üzərinə atılıblar", - deyə telekanal məlumat verib.

Qeyd olunub ki, hücum edən şəxsin üzərindən ov tüfəngi, bıçaqlar və tapança tapılıb.

Mənbələrin məlumatına görə, təhlükəsizlik xidməti əməkdaşına atılan güllə ehtimal olunur ki, onun zirehli jiletinin cibindəki mobil telefona dəyib.

Son xəbərlər