Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda OLAY: Qadına hücum edildi

26.06.2018 15:39 2 478
Bakı metrosunda OLAY: Qadına hücum edildi
Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Median.Az
Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun "Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər